Logo
    main-post-cover

    Donald Trump TikTok-u xilas etdiyini açıqlayıb

    Sosial Media
    08.10.2025
    Emil
         2024-cü il seçkilərindən sonra ilk dəfə olaraq ABŞ prezidenti Donald Trump və vitse-prezident J.D. Vance dünən TikTok-a geri dönüblər. Onların platformadan uzun müddət uzaq qalmaları administrasiyanın TikTok-un amerikalı investorlar tərəfindən alınması uğrunda apardıqları mübarizə ilə əlaqədar idi. Səhifələrinin yenidən işə salınmasına həsr olunmuş videolarda Trump və Vance tətbiqin Amerika versiyasının təsdiqlənməsi ilə bağlı bir müddət əvvəl verilmiş qərardan danışıblar - prezident Amerikan TikTok-unun yaradılması haqqında fərman imzalayıb və müqavilənin bağlanması üçün əlavə 120 gün vaxt ayırıb.
         “TikTok-dakı bütün gənclərə səslənirəm: mən TikTok-u xilas etdim, deməli, siz mənə borclusunuz” - deyə Donald Trump bildirib. “Prezident Trump sayəsində TikTok-a qayıtmaqdan məmnunam! Ağ Evdən xəbərləri izləyin - bəlkə hətta sombrero haqqında memlər də görərsiniz” - deyə platformada J.D. Vance bildirib. Trump və Vance-in səhifələri 2024-cü ilin noyabrından etibarən qeyri-aktiv idi - həmin vaxt onlar amerikalıları prezident seçkilərində səs verməyə çağıran qısa videolar paylaşmışdılar. Trump prezidentliyinin ilk dövründə TikTok-u qadağan etməyi vəd etmişdi, çünki bu Çin sosial şəbəkəsinin guya təhlükə yaratdığını iddia edirdi.
         Lakin yenidən seçilmə kampaniyası başladıqda, o, TikTok-da fəaliyyətini bərpa etdi - platformada mitinqlərinin və seçki çıxışlarının xronikasını paylaşaraq gənc auditoriyanın dəstəyini qazanmağa nail oldu. Prezident postuna qayıtdıqdan sonra Trump tətbiqin “xilas edilməsi” üzrə razılaşma üzərində işləməyə başladı və ilk iş günündə TikTok-un bloklanmasını aradan qaldırdı. Platformanın ABŞ seqmentinin alıcıları kimi biznesmen Lachlan Murdoch, Oracle şirkətinin yaradıcısı Larry Ellison Dell şirkətinin qurucusu Michael Dell-in çıxış edəcəkləri gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    abs-da-isci-vizasinin-qiymet-artimi-sebebile-trump-administrasiyasi-mehkemeye-verilib
    Tech-Biznes

    ABŞ-da işçi vizasının qiymət artımı səbəbilə Trump administrasiyası məhkəməyə verilib

    ABŞ prezidenti Donald Trump administrasiyasının nümayəndələri ötən ay xaricdən işçi cəlb edən işəgötürənlər üçün gözlənilmədən yeni bir tələbi qüvvəyə mindiriblər.
    google-donald-trump-in-sehheti-baresinde-suallara-cavablari-bloklayir
    Sosial Media

    Google Donald Trump-ın səhhəti barəsində suallara cavabları bloklayır

    Heç kimə sirr deyil ki, ABŞ prezidenti ünvanına edilən tənqidlərə son dərəcə həssas yanaşır, öz koqnitiv qabiliyyətlərini isə əksinə, açıq şəkildə tərifləməkdən çəkinmir.
    youtube-donald-trump-a-24-milyon-dollar-tezminat-odeyecek
    Tech-Biznes

    YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək

    Google-a məxsus YouTube video platforması 6 yanvar 2021-ci ildən sonra Donald Trump-ın hesabının müvəqqəti bloklanmasına görə 24.5 milyon dollar təzminat ödəyəcək.
    bezi-abs-resmilerinin-fikrince-tiktok-ile-olan-sovdelesme-olkenin-milli-tehlukesizliyinde-bosluq-buraxir
    Tech-Biznes

    Bəzi ABŞ rəsmilərinin fikrincə TikTok ilə olan sövdələşmə ölkənin milli təhlükəsizliyində boşluq buraxır

    TikTok-un ABŞ biznesinin ayrılması ilə bağlı qarşıdakı sövdələşmənin konturları getdikcə daha aydın görünür, lakin yeni konfiqurasiyanın ABŞ parlament üzvləri arasında hələ də əleyhdarları qalır.
    tiktok-un-abs-versiyasi-bytedance-sirketine-milyardlarla-dollar-gelir-getirmeye-davam-edecek
    Tech-Biznes

    TikTok-un ABŞ versiyası ByteDance şirkətinə milyardlarla dollar gəlir gətirməyə davam edəcək

    TikTok-un sahibi ByteDance şirkəti, Donald Trump administrasiyası ilə razılaşdırılmış müqavilə çərçivəsində nəzarət paketinin ABŞ konsorsiumuna ötürülməsindən sonra belə sosial şəbəkənin ABŞ bölməsinin mənfəətindən əhəmiyyətli pay alacaq.