Avstraliya sosial şəbəkə qadağasına Twitch-i də əlavə etdi
Sosial Media
21.11.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Avstraliyada 16 yaşdan kiçik istifadəçilər üçün tətbiq olunacaq sosial şəbəkə qadağasına yeni platforma əlavə edilib. Ölkənin nəzarət qurumu eSafety “Twitch”i “yaş məhdudiyyətli sosial media platforması” kimi təsnif edərək siyahıya daxil edib. Pinterest isə bu kateqoriyaya daxil edilməyib.
Twitch sözçüsü TechCrunch-a bildirib ki, platforma Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin yeni hesab yaratmasına 10 dekabrdan etibarən icazə verməyəcək. Hazırda həmin yaş kateqoriyasında olan mövcud hesablar isə 9 yanvarda deaktiv ediləcək. Qlobal səviyyədə Twitch 13 yaş və üzərini qəbul etsə də, yetkinlik yaşına çatmayan istifadəçilər üçün valideyn nəzarəti tələb olunur.
eSafety qurumu Pinterest-in əsasən şəkillər və ideyaların toplanmasına yönəlmiş platforma olduğunu, buna görə də sosial qarşılıqlı əlaqə üzərində qurulan Twitch kimi “yaş məhdudiyyətli sosial media” kateqoriyasına daxil edilmədiyini bildirib. Avstraliyanın 10 dekabrdan qüvvəyə minəcək sosial media yaş məhdudiyyəti Meta-nın Facebook və Instagram-ı, Snapchat, TikTok, X, YouTube (YouTube Kids və Google Classroom istisna olmaqla), Reddit və yerli Kick platformasını da əhatə edir. Bu şirkətlər 16 yaşdan aşağı istifadəçilərin hesablarını bloklamağa məcbur ediləcək.
Ötən il Avstraliya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləmişdi. Google və Meta həmin vaxt hökumətdən yaş təsdiqləmə sistemlərinin sınağı bitənə qədər tətbiqi təxirə salmasını istəmişdi. Nəzarət qurumu platformalara SMMA qaydalarına uyğun olub-olmadıqlarını müəyyənləşdirmək üçün özünüqiymətləndirmə vasitəsi də təqdim edir.
Hazırda ABŞ və Böyük Britaniya da internetdə yetkinlik yaşına çatmayanların qorunması ilə bağlı oxşar addımlar atır. 2025-ci ilin avqustuna olan məlumata görə, ABŞ-nin 24 ştatı yaş təsdiqləmə qanunlarını qəbul edib. Yuta ştatı isə ilk olaraq tətbiq mağazalarında istifadəçi yaşının yoxlanmasını və azyaşlıların tətbiq yükləməsi üçün valideyn razılığını tələb edib.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
Smartfon istifadəçiləri mobil trafikin istifadəsində yeni rekordlar qırırlar
Müasir smartfon istifadəçiləri mobil trafik istehlakı baxımından yeni rekordlar müəyyən edirlər. TRG Datacenters tərəfindən aparılmış son araşdırmaya görə, orta hesabla bir mobil cihaz sahibi ayda 11 GB-dan çox məlumat istifadə edir ki, bu da cəmi 2 il əvvəlki göstəricilərlə müqayisədə 40% artım deməkdir.
Proqram Təminatı
Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər
Google tətbiqində məşhur Pinterest xidmətinə bənzər bir funksiyanın meydana çıxması mümkündür. Android Authority jurnalistləri Google tətbiqinin yeni versiyasının proqram kodunu araşdırarkən Images adlı yeni bir bölməyə dair istinada rast gəliblər.
Ən çox oxunanlar