ABŞ-də TikTok-un qadağan ediləcəyi tarix yenidən təxirə salınıb
Sosial Media
17.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-də TikTok-un qadağan ediləcəyi tarix yenidən təxirə salınıb. ABŞ istifadəçiləri üçün bu o deməkdir ki, ByteDance-ə məxsus populyar sosial şəbəkə tətbiqindən hələlik istifadə davam edəcək.
Əslində, TikTok-un ABŞ bazarındakı fəaliyyəti üçün son tarix 16 dekabr 2025-ci il hesab olunurdu. Qanuna əsasən (Protecting Americans from Foreign Adversary Controlled Applications Act of 2024), ByteDance ABŞ-dəki TikTok biznesini satmalı idi. Lakin bu müddət Donald Trump administrasiyası dövründə imzalanan bir neçə prezident sərəncamı ilə ardıcıl şəkildə uzadılıb. İlk uzadılma 2025-ci ilin 4 aprel tarixinə qədər idi. Daha sonra bu tarix 19 iyuna, ordan isə 16 dekabr 2025-ə keçirildi. Satışla bağlı real irəliləyişin olmaması və Çin hökumətinin bu prosesə mənfi yanaşması danışıqları daha da çətinləşdirib. Vaxtın davamlı uzadılması isə faktiki olaraq “son tarix” anlayışını mənasız edib.
Nəticə etibarilə, 25 sentyabr tarixində imzalanan yeni prezident sərəncamı ilə ABŞ Baş Prokurorluğuna TikTok-a qarşı “120 gün müddətində heç bir hüquqi addım atmamaq” tapşırığı verilib. Bu isə TikTok-un ABŞ-də ən azı 23 yanvar 2026-cı ilə qədər fəaliyyətini davam etdirə biləcəyi deməkdir.
Paylaş
Bənzər xəbərlər
Tech-Azərbaycan
İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı
Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Sosial Media
TikTok canlı podkast seriyasına start verib
TikTok musiqi və yaradıcı kontenti genişləndirmək üçün Demi Lovatonun iştirakı ilə yeni canlı podkast seriyasına başlayır.
Sosial Media
TikTok yeni funksiyalarını elan edib
TikTok istifadəçilərin birlikdə məzmun kəşf etməsini və yadda saxlanılan videoları paylaşmasını asanlaşdıran iki yeni funksiyanı istifadəyə verib.
Sosial Media
TikTok “Nearby Feed” funksiyasını istifadəyə verir
Şirkətin açıqlamasına görə, bu funksiya insanların yaxınlıqda yeni restoran tapmasına, səyahət zamanı ətrafda nə baş verdiyini öyrənməsinə və ya sadəcə yerli trendləri izləməsinə imkan yaradır.
Sosial Media
İrlandiya TikTok və LinkedIn-i araşdırmağa başlayıb
Əgər TikTok və ya LinkedIn DSA-nı pozmaqda günahkar bilinsə, İrlandiya bu şirkətləri illik qlobal gəlirlərinin 6 faizinə qədər cərimə edə bilər.
Ən çox oxunanlar