
Yenilənmiş Siri bu ilin ikinci yarısında istifadəyə verilə bilər
Proqram Təminatı
11.04.2025
Emil
Apple şirkəti daha öncə səsli köməkçisi Siri üçün genişləndirilmiş süni zəka funksiyalarının təqdimatını təxirə salmağa məcbur olsa da, indi bu funksiyalar üzərində işi sürətləndirib və artıq bu ilin payızında Apple Intelligence dəstəyi ilə Siri-ni təqdim etməyi planlaşdırır. Bu barədə The New York Times məlumat yayıb. Mart ayının əvvəlində Apple etiraf etmişdi ki, Siri-yə fərdiləşdirmə funksiyalarını əlavə etmək əvvəlcədən planlaşdırılandan daha çox vaxt tələb edir və bu səbəbdən bu funksiyaların istifadəyə verilməsi gələn ilə təxirə salınıb. Lakin indi The New York Times öz mənbələrinə istinadən yazır ki, şirkət yenilənmiş Siri versiyasını artıq bu payızda təqdim etməyi planlaşdırır.

“Apple yenilənmiş Siri-ni ləğv etməyib. Şirkət bu payızda yeni virtual köməkçini təqdim etməyi planlaşdırır - o, məsələn, istifadəçinin istəyi ilə dostuna foto düzəldib göndərmək kimi funksiyaları yerinə yetirə biləcək” - deyə qəzet məsələdən xəbərdar olan üç mənbəyə istinadla bildirib. Apple yeni Siri imkanlarını ötən ilin iyun ayında keçirilmiş WWDC 2024 tədbirində nümayiş etdirmişdi. Bu funksiyalar şərti olaraq üç kateqoriyaya bölünə bilər: Şəxsi kontekst, ekranda baş verənləri anlama və tətbiqlərlə təkmilləşdirilmiş inteqrasiya. Şəxsi kontekst o deməkdir ki, Siri elektron poçtları, mesajları, faylları, şəkilləri və digər məlumatları təhlil edə biləcək - istifadəçinin kontaktlarla olan qarşılıqlı əlaqəsini öyrənərək süni zəka məlumatların təşkilinə və gündəlik tapşırıqların həllinə kömək edəcək.

Məsələn, Siri-dən ötən həftə hansısa bir kontaktın göndərdiyi faylları göstərməsini istəmək, hokkeydən bəhs olunan məktubu tapmaq, tövsiyə edilmiş kitabları axtarmaq və ya alınmış resepti göstərmək mümkün olacaq. Virtual köməkçi cihazın ekranında baş verənləri anlamağı öyrənəcək: Məsələn, göndərilmiş ünvanı Siri əlaqə kartına əlavə edə, baxılan şəkli isə müvafiq ünvana göndərə biləcək. Nəhayət, süni zəka tətbiqlərlə dərin inteqrasiya əldə edəcək və onları idarə etmək imkanına sahib olacaq: Faylları proqramlar arasında köçürmək, şəkilləri redaktə edib göndərmək, evə marşrut qurmaq və seçilmiş kontaktı çatma vaxtı barədə məlumatlandırmaq, eləcə də məktubun qaralamasını göndərmək kimi funksiyalar yerinə yetirə biləcək. Hazırda Siri-nin yeni funksiyalarından artıq bir neçəsi istifadəyə verilib: Mətn formatında ünsiyyət dəstəyi, yenilənmiş interfeys, ChatGPT ilə inteqrasiya və təbii dili daha yaxşı anlama bacarığı.
Mənbə: New York Times
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.

Proqram Təminatı
Apple-ın Siri-yə süni zəkanın uğursuz inteqrasiyasının səbəbi məlum olub
Bu günlərdə The Information nəşrinin jurnalisti Wayne Ma geniş bir hesabat yayımlayıb. Hesabatda Apple-ın Siri üçün nəzərdə tutulan süni zəkanın yenidən işlənməsi prosesində uğursuzluğa düçar olduğu ətraflı təsvir olunur.

Cihazlar+
Qatlana bilən iPad düşünüldüyündən daha tez təqdim oluna bilər
Yeni hesabatda qeyd olunub ki, Apple uzun müddətdir gözlənilən böyük ölçülü qatlana bilən iPad modelini düşünüldüyündən daha tez təqdim edə bilər.

Cihazlar+
Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq
ABŞ Prezidenti Donald Trump, dünyanın müxtəlif ölkələrindən idxal olunan mallara tətbiq ediləcək rüsumların ölkədə istehsalın sürətlə dirçəlməsinə kömək edəcəyini vəd etmişdi. Lakin ekspertlərin proqnozlarına görə, əslində ölkəni geyimdən tutmuş elektronikaya qədər bütün məhsullar üzrə qiymətlərin kəskin artımı gözləyir.

Tech-Biznes
Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
Yaxın keçmişə qədər ABŞ-ın fond bazarında ən iri emitentlər arasında müşahidə olunan “çeviklik” süni zəka sahəsindəki tendensiyalarla müəyyən olunurdu - müəyyən bir müddət ərzində dünyanın ən dəyərli şirkəti NVIDIA olurdu.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
