Logo
    main-post-cover

    Yeni Microsoft hesabları üçün şifrə vasitəsilə giriş aradan qaldırılıb

    Proqram Təminatı
    02.05.2025
    Emil
         Microsoft artıq uzun müddətdir ki, istifadəçiləri hesablarını qorumaq üçün adi şifrələrdən imtina etməyə təşviq edir. Bu istiqamətdə növbəti addım isə Microsoft-da yeni hesab qeydiyyatı zamanı şifrələrdən istifadəni tamamilə dayandırmaq olub. İndi istifadəçilərə hesablarını qorumaq üçün yalnız daha təhlükəsiz üsullar - giriş açarları (passkey), push-bildirişləri və ya təhlükəsizlik açarları təklif ediləcək. Şifrələrdən imtina ilə bağlı bu yeni təşəbbüs Microsoft-un sistemə giriş pəncərəsini də yenidən optimallaşdırması ilə müşayiət olunur.
         İstifadəçilərin avtorizasiyası zamanı addımların ardıcıllığı dəyişdirilib ki, giriş açarı istifadə olunduqda proses daha sadə olsun. Mövcud Microsoft hesablarında şifrələr hələlik qalacaq, lakin yeni hesablar üçün proqram təminatı nəhəngi bu funksiyanı tamamilə aradan qaldırıb və artıq şifrə yaratmaq seçimini təqdim etmir. “İstifadəçi interfeysini sadələşdirmək çərçivəsində biz yeni istifadəçi hesablarının parametrlərini dəyişirik. Artıq Microsoft-un yeni istifadəçi hesabları standart olaraq şifrəsiz olacaq.
         Yeni istifadəçilərə şifrə daxil etmədən hesaba giriş üçün bir neçə seçim təklif olunacaq və onlara heç vaxt şifrə yazmaq lazım olmayacaq. Mövcud istifadəçilər isə hesab ayarlarına daxil olaraq şifrələrini silə bilərlər” - deyə Microsoft-un açıqlamasında bildirilir. Bu dəyişikliklərlə Microsoft əslində “Beynəlxalq Şifrə Gününü” “Beynəlxalq Giriş Açarı Günü”nə çevirir və bu yeniliyin tətbiqini gələcəkdə də davam etdirəcəyini vəd edir. Şirkətin məlumatına görə, hər il təxminən 1 milyon giriş açarı qeydiyyatdan keçirilir və onlarla uğurlu avtorizasiya göstəricisi 98%-dir. Halbuki adi şifrələrlə bu göstərici cəmi 32%-dir.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-un-proqram-teminati-kodunun-artiq-30-i-suni-zeka-vasitesile-tertib-edilib
    Süni İntellekt

    Microsoft-un proqram təminatı kodunun artıq 30%-i süni zəka vasitəsilə tərtib edilib

    Microsoft şirkətinin repozitoriyalarında yerləşən proqram kodunun 20%-dən 30%-ə qədər olan hissəsi proqram təminatı tərəfindən, yəni süni zəka tərəfindən yazılıb.
    windows-11-de-suni-zeka-esasli-recall-funksiyasi-istifadeye-verilib
    Proqram Təminatı

    Windows 11-də süni zəka əsaslı Recall funksiyası istifadəyə verilib

    İlk dəfə elan edilməsindən demək olar ki, 1 il sonra Microsoft şirkəti Copilot Plus PC kompüterlərində mübahisəli Recall funksiyasının kütləvi şəkildə yayımına başlayıb. Bu funksiya Windows 11 üçün təqdim olunan yeniləmənin bir hissəsidir və həmçinin əvvəllər elan edilmiş Click to Do funksiyasının ilkin versiyasını və süni zəka əsaslı yenilənmiş Windows axtarış sistemini də əhatə edir.
    mueyyen-yukselisden-sonra-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yeniden-asagi-dusub
    Tech-Biznes

    Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

    Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
    suni-zeka-proqram-teminati-kodundaki-sehvleri-hele-lazimi-seviyyede-aradan-qaldira-bilmir
    Süni İntellekt

    Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir

    Microsoft Research bölməsinin yeni araşdırması göstərib ki, süni zəka proqramçılara kod yazmaqda kömək etsə də, OpenAI-nin və Anthropic-in qabaqcıl süni zəka modelləri belə səhvləri düzəltmək tapşırıqlarının yalnız yarısında uğur qazana bilirlər.
    komputer-ekranindaki-her-seyi-analiz-ede-bilecek-copilot-vision-funksiyasi-test-edilir
    Proqram Təminatı

    Kompüter ekranındakı hər şeyi analiz edə biləcək Copilot Vision funksiyası test edilir

    Microsoft Windows üçün Copilot tətbiqinin növbəti yeniləməsini sınaqdan keçirməyə başlayıb. Bu yeniləmə süni zəka köməkçisinə kompüter ekranındakı görüntünü və orada açılmış tətbiqlərin interfeysini izləməyə imkan verəcək.