
Windows 11 yaxın zamanda yenilənmiş Styart menyusunu əldə edəcək
Proqram Təminatı
04.04.2025
Emil
Şəbəkə mənbələrinin verdikləri məlumata görə, Microsoft şirkəti Windows 11-də Start menyusunun əhəmiyyətli dərəcədə yenilənməsi üzərində çalışır. Gözlənildiyinə görə, bu yeniləmə “Pinned” və “Recommended” bölmələrini tətbiqlər siyahısı ilə birləşdirərək vahid interfeys daxilində təqdim edəcək. Bundan əlavə, Start menyusu daha geniş olacaq, bu da daha çox tətbiqin sabitlənməsinə imkan verəcək və bu bölmədəki bütün elementlər avtomatik şəkildə göstəriləcək. Yenilənmiş Start menyusu elementlərin görünüşünü fərdiləşdirmək baxımından daha çox imkanlar təqdim edəcək.

Məsələn, istifadəçilər adətən yeni quraşdırılmış tətbiqlər və ya son açılmış faylların göstərildiyi “Recommended” bölməsini sabitlənmiş tətbiqlərin altından tamamilə silə biləcəklər. Yeni Start menyusunu Windows Insider öncədən qiymətləndirmə proqramı iştirakçıları üçün əlçatan olan Windows 11-in son beta versiyasında ilk görənlərdən biri sosial şəbəkə X istifadəçisi @phantomofearth olub və o bu barədə öz səhifəsində məlumat paylaşıb. Yenilənmə hələ rəsmi şəkildə elan olunmayıb, lakin Microsoft-un illik Build inkişaf etdirici konfransının may ayında keçiriləcəyini nəzərə alsaq, yaxın həftələrdə proqram nəhənginin yeni Start menyusu barədə daha ətraflı məlumat verəcəyi gözlənilir.
Mənbə: Windows Central
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Windows 11-in Start menyusunun yeni dizaynı sərgilənib
Microsoft Windows 11-də Start menyusunun tezliklə dəyişəcəyini təsdiqləyib və tətbiqlərin siyahısının təşkilinə dair iki yeni variant təqdim edib.

Proqram Təminatı
Windows 11 üçün məlumatların köhnə kompüterdən yenisinə köçürülməsi tətbiqi hazırlanır
Microsoft şirkəti Migration App adlı yeni tətbiq üzərində çalışır. Bu alət köhnə kompüterdən yenisinə məlumatları asanlıqla köçürməyə imkan verəcək.

Proqram Təminatı
Windows 11, Android və iPhone smartfonlarını Start menyusuna inteqrasiya etmək imkanını verir
Technote.az Windows.com platformasına istinadən bildirir ki, Windows 11 əməliyyat sistemi, istifadəçilərə Android və iPhone smartfonları arasında fayl, mesaj və digər məlumatların mübadiləsini birbaşa Start menyusunda reallaşdırmaq imkanını təklif etməyə başlayıb.

Proqram Təminatı
Bu il Windows 10-da ofis tətbiqlərinin dəstəkləri dayandırılacaq
Microsoft şirkəti Windows 10-un dəstəyini sistemli şəkildə yekunlaşdırmağa hədəflənib və artıq indidən istifadəçiləri Windows 11-ə keçməyə çağırır.

Proqram Təminatı
Bütün Windows 11 istifadəçiləri Paint-də iki süni zəka funksiyasını əldə ediblər
Microsoft şirkəti Windows-un süni zəka funksiyalarının əksəriyyətini eksklüziv olaraq Copilot+ dəstəkli koimpüterlərdə istifadəyə verir. Lakin şirkət bu qaydada bəzi istisnalar edib.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
