Logo
    main-post-cover

    OpenAI proqramlaşdırma üçün GPT-5-Codex modelini təqdim edib

    Proqram Təminatı
    16.09.2025
    Emil
         OpenAI Codex süni intellekt agentinin yenilənmiş versiyasını - GPT-5-Codex-i təqdim edib. Yeni model tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtı dinamik şəkildə bölüşdürə bilir və buna bir neçə saniyədən 7 saata qədər vaxt sərf edir. Yeniləmə artıq ChatGPT Plus, Pro, Business, Edu Enterprise platformalarının istifadəçiləri üçün terminal, IDE, GitHub və ya ChatGPT vasitəsilə əlçatandır. Məlumata görə, GPT-5-Codex modeli agent əsaslı proqramlaşdırma bacarıqlarını qiymətləndirən SWE-bench Verified testlərinin manual yoxlama nəticələrində, həmçinin iri repozitoriyalardan kodların refaktorinqi tapşırıqlarında əvvəlki GPT-5 versiyasını üstələyib. Bundan əlavə, daha az səhv şərh və daha çox mühüm qeydlər müşahidə olunub.
         Codex bölməsinin rəhbəri Alexander Embiricos izah edib ki, təkmilləşdirmə modelin dinamik “düşünmə” qabiliyyəti ilə bağlıdır. Belə ki, o, GPT-5-dəki resursları əvvəlcədən bölüşdürən marşrutlaşdırıcıdan fərqli olaraq, tapşırığın həlli üçün lazım olan vaxtı real vaxtda müəyyən edir. Yeniləmə süni intellekt agentinin proqramlaşdırma üçün süni intellekt alətləri bazarındakı mövqelərini möhkəmləndirməyə yönəlib. Bu bazarda rəqabət Claude Code, Anysphere-in Cursor-u və Microsoft-un GitHub Copilot-u kimi məhsullar hesabına daha da güclənib. 2025-ci ildə bu cür alətlər bazarı yüksək tələbat səbəbindən əhəmiyyətli dərəcədə böyüyüb. Cursor-un illik gəliri 500 milyon dollara çatıb, Windsurf AI kod redaktoru isə GoogleCognition AI arasında tərtibatçı komandasını bölüşdürən mürəkkəb satınalma razılaşmasının predmeti olub. Həmçinin bildirilir ki, OpenAI gələcəkdə GPT-5-Codex-ə API vasitəsilə çıxış imkanı təqdim etməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər
    openai-insanabenzer-robotlar-ucun-xususi-komandasini-formalasdirir
    Elm & Texnologiya

    OpenAI insanabənzər robotlar üçün xüsusi komandasını formalaşdırır

    OpenAI ümumi süni intellektə (AGI) doğru strategiya çərçivəsində robototexnika sistemlərinin, o cümlədən humanoid (insanabənzər) sistemlərin hazırlanmasına yönəlmiş yeni komanda formalaşdırır.
    openai-2029-cu-ilden-tez-menfeet-elde-etmeyi-gozlemir
    Tech-Biznes

    OpenAI 2029-cu ildən tez mənfəət əldə etməyi gözləmir

    OpenAI şirkəti proqnozlaşdırır ki, 2028-ci ilə qədər onun satışları 100 milyard dollara çatacaq. Lakin baş direktor Sam Altman investorları xəbərdar edib ki, şirkət yalnız 2029-cu ildən etibarən mənfəət əldə etməyə başlayacaq.
    yeni-muqavilenin-sertlerine-gore-microsoft-openai-nin-kicik-hissesini-elde-ede-biler
    Tech-Biznes

    Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər

    OpenAI şirkəti onilliyin sonuna qədər, xüsusilə Microsoft-a ötürülən gəlir payını hazırkı 20%-dən 8%-ə endirməyi planlaşdırır.
    nepalda-muveqqeti-bas-naziri-chatgpt-vasitesile-secibler
    Süni İntellekt

    Nepalda müvəqqəti baş naziri ChatGPT vasitəsilə seçiblər

    Keçən həftənin əvvəlində Nepalda bir çox məşhur sosial şəbəkələrin bloklanması səbəbindən etirazlar başladı və onlar qeyri-rəsmi olaraq “Z nəsli inqilabı” adlandırıldı.
    abs-hokumeti-suni-intellekt-esasli-cat-botlarin-tehlukesizlikleri-ile-bagli-istintaqa-baslayib
    Süni İntellekt

    ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb

    ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb.