Logo
    main-post-cover

    OpenAI ChatGPT Atlas adlı süni intellekt əsaslı brauzerini təqdim edib (VİDEO)

    Proqram Təminatı
    22.10.2025
    Emil
         OpenAI daha bir istiqamətdə Google-a rəqib olub - şirkət internetdən istifadə vərdişlərini dəyişdirməyi hədəfləyən süni intellekt əsaslı brauzerini - ChatGPT Atlas-ı rəsmi şəkildə təqdim edib. Təqdimat tədbiri onlayn formatda keçirilib Tədbirdə OpenAI-nin baş direktoru Sam Altman və şirkətin mühəndisləri yeni məhsulun əsas funksiyaları haqqında məlumat veriblər. ChatGPT Atlas artıq macOS üçün əlçatandır, yaxın zamanda isə Windows, iOS Android versiyalarının da təqdim ediləcəyi gözlənilir. OpenAI-nin sözlərinə görə, brauzerin istifadəyə verilməsi “qlobal” səviyyədə baş tutur, yəni istənilən ölkədən istifadəçi onu sınaqdan keçirə bilər. Bununla belə, ehtimal olunur ki, brauzer yalnız ChatGPT-nin rəsmi işlədiyi ölkələrdə əlçatan olacaq.
         Ənənəvi brauzerlərdən fərqli olaraq, yeni Atlas təkcə söhbət botunu deyil, həm də tam funksional süni intellekt agentini özündə birləşdirir. O, istifadəçinin fəaliyyətlərini, maraqlarını və baxış tarixçəsini yadda saxlayır, daha fərdiləşdirilmiş olur və hətta müəyyən rutin tapşırıqları da yerinə yetirə bilir - məsələn, biletlərin və ya restoran yerlərinin bronlaşdırılması, sənədlərin redaktəsi və sifarişlərin həyata keçirilməsi - birbaşa istifadəçi göstərişi əsasında. ChatGPT Atlas-ın əsas xüsusiyyətlərindən biri bölünmüş ekrandır: axtarış nəticələrindəki keçidə kliklədikdə, brauzer standart olaraq həm veb-səhifəni, həm də həmişə əlçatan olan ChatGPT ilə söhbət pəncərəsini eyni anda göstərir. Bu xüsusiyyət məlumat axtarışı, sürətli məsləhətlər, səhifələrin qısa xülasələrinin yaradılması, faktların yoxlanması və ya mətnin iş zamanı dərhal redaktə edilməsi üçün olduqca rahatdır - bu funksiya OpenAI tərəfindən Cursor chat adlandırılıb. İstəsə, istifadəçi bölünmüş ekranı söndürə də bilər.
         “Bu, həqiqətən əla bir brauzerdir - sürətli, axıcı və rahat” - deyə Sam Altman qeyd edib və Atlas-ın internetdə işləyərkən istifadəçinin daimi “yoldaşı” olacağını vurğulayıb. Hazırda süni intellekt əsaslı brauzer bazarı sürətlə inkişaf edir: bu ilin yayında Perplexity artıq öz həllinə əsaslanan Comet brauzerini təqdim etmişdi (ənənəvi Google nəticələrinin əvəzinə), Google isə Chrome-da çoxsaylı gündəlik tapşırıqları - alış-verişdən tutmuş bronlaşdırma və görüş planlaşdırmasına qədər - avtomatlaşdıracaq Gemini adlı süni intellekt köməkçisini inteqrasiya etməyi vəd edib. OpenAI gizlətmir ki, əsas məqsədi ilk növbədə Google, eləcə də Perplexity kimi süni intellekt yönümlü yeni məhsullarla rəqabət aparmaqdır. Atlas-ın hazırlanmasında sənaye veteranları iştirak edir: keçmiş Chrome və Firefox yaradıcıları, Apple dizaynerləri, həmçinin axtarış və interfeys üzrə mütəxəssislər.
    Paylaş
    Bənzər xəbərlər
    openai-hemtesiscisi-andrej-karpathy-suni-intellekt-agentleri-en-azi-10-ilden-sonra-calisa-bilecekler
    Süni İntellekt

    OpenAI həmtəsisçisi Andrej Karpathy: "Süni intellekt agentləri ən azı 10 ildən sonra çalışa biləcəklər"

    Ötən həftə iştirak etmiş olduğu bir podkastda OpenAI-nin həmtəsisçilərindən biri olan Andrej Karpathy etiraf edib ki, funksional süni intellekt agentləri təxminən 10 il sonra real şəkildə işləməyə başlayacaqlar.
    openai-bu-il-gpt-6-suni-intellekt-modelini-istifadeye-vermeyecek
    Süni İntellekt

    OpenAI bu il GPT-6 süni intellekt modelini istifadəyə verməyəcək

    OpenAI şirkəti ilin sonuna qədər növbəti nəsil süni intellekt modelini - GPT-6-nı - təqdim etməyi planlaşdırmır. Lakin bu, şirkətin yeni böyük dil modellərini təqdim etməyəcəyi demək deyil.
    chatgpt-tetbiqinin-gundelik-aktiv-istifadeci-sayinin-artim-tempi-yavaslayib
    Proqram Təminatı

    ChatGPT tətbiqinin gündəlik aktiv istifadəçi sayının artım tempi yavaşlayıb

    Mobil tətbiqlər haqqında məlumatlarda ixtisaslaşan analitik şirkət Apptopia, ChatGPT mobil tətbiqinin yüklənmə sayında və gündəlik aktiv istifadəçi sayında (DAU) artımın yavaşladığını bildirib.
    openai-dan-sora-2-de-video-tertibati-zamani-manqa-ve-anime-ile-bagli-muellif-huquqlarinin-qorunmasi-teleb-edilib
    Proqram Təminatı

    OpenAI-dan Sora 2-də video tərtibatı zamanı manqa və anime ilə bağlı müəllif hüquqlarının qorunması tələb edilib

    OpenAI şirkəti bir müddət əvvəl mətn sorğusu əsasında süni intellektlə video yaradan xidməti - Sora-nın yenilənmiş versiyası olan Sora 2-ni təqdim etdi. Bu cür alətlərə maraq həm ictimaiyyət, həm də müəllif hüquqları sahibləri tərəfindən artıb.
    amerikali-general-oz-isinde-aktiv-sekilde-chatgpt-den-istifade-edir
    Süni İntellekt

    Amerikalı general öz işində aktiv şəkildə ChatGPT-dən istifadə edir

    Gündəlik həyatda bir çox ChatGPT istifadəçisi çat-botdan elektron məktublar hazırlamaq, mürəkkəb suallara cavab vermək və ya realist təsvirlər yaratmaq üçün istifadə edir.