
Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır
Proqram Təminatı
02.09.2025
Emil
Microsoft kompüter və smartfon sahibləri üçün faydalı bir funksiya hazırlayır. Hazırlanan funksiya Windows əməliyyat sistemli kompüterdəki mətni kopyalayıb onu birbaşa Android cihazına yerləşdirməyə imkan verəcək. Bu həll istifadəçiləri qeydləri messencerlər, e-poçt və digər servis vasitəsilə göndərmək vərdişindən xilas edəcək. Funksiyanın işləməsi üçün hər iki cihazda eyni Microsoft hesabına daxil olmaq, smartfonu kompüterlə Mobile devices bölməsi vasitəsilə əlaqələndirmək və Android-ə Link to Windows tətbiqini quraşdırmaq lazım olacaq.

Bundan sonra Windows parametrlərində Mobile Devices bölməsində Access PC’s Clipboard adlı açar görünəcək və bu, mübadilə buferinin sinxronizasiyasını aktivləşdirəcək. Funksiya Windows Dev-də sınaqdan keçirilir. Funksiya aktivləşdirildikdə kompüterdə kopyalanan hər hansı mətn avtomatik olaraq Android smartfonunun klaviaturasında görünəcək. Bu yalnız Gboard ilə deyil, həm də Samsung Keyboard və digər oxşar klaviaturalarla işləyir. Maraqlıdır ki, sinxronizasiya ilk dəfə 1 ay əvvəl ortaya çıxmışdı, lakin bu imkan tez bir zamanda söndürülmüşdü. Funksiyanın geri qaytarılması onun hazır olduğuna işarə edir.

Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Microsoft öz 2 süni intellekt modelini təqdim edib
İndiyə qədər Microsoft böyük ölçüdə OpenAI şirkətinin süni intellekt modellərinə güvənirdi. OpenAI hər dəfə öz ən yeni modellərini təqdim etdikdə, Microsoft onların Azure infrastrukturunda, eləcə də bütün məhsul və xidmətlərində əlçatan olduğunu elan edirdi.

Süni İntellekt
Microsoft mətni 90 dəqiqəlik podkasta çevirən açıq mənbəli süni intellekti təqdim edib (VİDEO)
Microsoft süni intellekt sahəsində açıq mənbəli VibeVoice layihəsini təqdim edib - bu, mətndən ingilis və ya çin dilində 90 dəqiqəyə qədər audio-podkastlar yarada bilən yeni nitq sintezi sistemidir.
Tech-Biznes
OpenAI Microsoft ilə danışıqlar səbəbilə milyardlarla dollar investisiyalardan məhrum ola bilər
Microsoft şirkəti OpenAI-nin ən böyük investoru olaraq qalır, lakin təşkilati struktur və qarşılıqlı əməkdaşlıq şərtlərinin bəzi məqamları şirkətin inkişafı üçün əlavə vəsait cəlb etmək imkanlarını məhdudlaşdırır.

Təhlükəsizlik
Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib
77 zərərli Android tətbiqi ümumilikdə 19 milyondan çox yüklənmə ilə Google Play-də aşkar edilib və sonradan silinib. Təhlükə Zscaler ThreatLabs tədqiqat qrupunun mütəxəssisləri tərəfindən Anatsa bank troyanı (Tea Bot adı ilə də tanınır) ilə bağlı yeni yoluxma dalğasının təhlili zamanı müəyyən olunub.

Proqram Təminatı
Google Android-də təsdiqlənməmiş tərtibatçıların tətbiqlərini qadağan edəcək
Google şirkəti Android-də zərərli tətbiqlər və maliyyə fırıldaqları ilə mübarizəni davam etdirir. Bu fəaliyyət çərçivəsində şirkət gələn ildən etibarən verifikasiya keçməyən tərtibatçıların tətbiqlərinin quraşdırılmasını qadağan etməyi planlaşdırır.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
