Logo
    main-post-cover

    Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq

    Proqram Təminatı
    11.08.2025
    Emil
         Microsoft ekosistemində sənədlərin skan edilməsi və rəqəmsallaşdırılması üçün nəzərdə tutulmuş ən məşhur pulsuz mobil alətlərdən biri olan Microsoft Lens tətbiqini mərhələli şəkildə deaktiv etməyə başlayacaq. Məlumata görə, xidmətin tam dayandırılması 2025-ci ilin dekabrına planlaşdırılıb. İstifadəçilərə oxşar funksiyaların mövcud olduğu Microsoft 365 Copilot-a keçmək təklif olunacaq. Microsoft Lens - AndroidiOS platformaları üçün nəzərdə tutulmuş pulsuz tətbiqdir.
         O, ilk dəfə 2014-cü ildə Office Lens adı ilə istifadəyə verilib və 2021-ci ildə Microsoft Lens olaraq yenidən adlandırılıb. Tətbiq sənədləri skan etməyə, əl yazısını tanımağa və rəqəmsallaşdırmağa, şəkilləri PDF, Word, Excel PowerPoint formatlı fayllara çevirməyə, həmçinin materialları OneDriveOneNote bulud xidmətlərində saxlamağa imkan verir. Hazırda tətbiqin Google Play-də 4.6 ulduz reytinqi və yalnız bu platformada 50 milyondan çox yüklənməsi var ki, bu da onu Microsoft-un ən çox tələbat görən mobil alətlərindən birinə çevirir.
         Mərhələli deaktivasiya sentyabr ayının ortasında başlayacaq. Oktyabrda Microsoft Lens yeni quraşdırmalar üçün əlçatan olmayacaq, noyabrda isə tətbiq mağazalarından tamamilə silinəcək. Dekabr ayında yeni skanlar yaratma funksiyası tamamilə deaktiv ediləcək, lakin əvvəllər saxlanılmış məlumatlar istifadəçilərin hesablarında qalacaq. Microsoft bu qərarını Lens-i süni intellekt əsaslı alətlər də daxil olmaqla digər imkanlarla birləşdirən vahid Microsoft 365 Copilot platformasına keçidlə izah edib.
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-gpt-5-i-artiq-copilot-a-inteqrasiya-edib
    Proqram Təminatı

    Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib

    OpenAI rəsmi olaraq GPT-5-i təqdim edib və Microsoft artıq onu Copilot, Microsoft 365 Copilot, Azure AI Foundry, GitHub Copilot və digər xidmətlərinə inteqrasiya etməyə başlayıb.
    microsoft-google-deepmind-mutexessislerini-ozune-celb-edir
    Tech-Biznes

    Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir

    2024-cü ildə süni intellekt texnologiyaları uğrunda yarışda Microsoft, Inflection AI startapının əhəmiyyətli sayda əməkdaşını öz komandasına cəlb etdi və şirkətin baş direktoru, əvvəllər DeepMind-in həmtəsisçisi olmuş Mustafa Suleyman, Microsoft AI bölməsinin rəhbəri oldu.
    windows-da-klaviatura-ile-sicanin-suni-intellekt-ile-ne-zaman-evezleneceyi-aciqlanib
    Proqram Təminatı

    Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb

    Microsoft hesab edir ki, 5 il sonra süni intellekt Windows əməliyyat sistemində əsas rol oynayacaq. Şirkət “Windows 2030 Vision” adlı video yayımlayıb və burada qeyd olunur ki, insanla əməliyyat sistemi arasında əsas ünsiyyət vasitəsi təbii danışıq olacaq.
    microsoft-virus-ve-zererli-proqram-teminatlarinin-avtonom-axatisi-ucun-suni-intellekt-prototipini-teqdim-edib
    Süni İntellekt

    Microsoft virus və zərərli proqram təminatlarının avtonom axatışı üçün süni intellekt prototipini təqdim edib

    Microsoft, proqram fayllarını analiz edə və gizli zərərli proqram təminatını aşkar edə bilən Project Ire adlı avtonom süni intellekt agentinin prototipini təqdim edib.
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler
    Tech-Biznes

    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər

    Heyvani qorxu şirkətləri idarə edir, onları öz süni intellektlərini inkişaf etdirmək üçün 10 milyardlarla dollar xərcləməyə vadar edir. Bu texnoloji silahlanma yarışı artıq hərəkətə keçmiş bir qatara minməyə çalışmanın parlaq nümunəsidir.