Logo
    main-post-cover

    Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib

    Proqram Təminatı
    22.05.2025
    Emil
         Google şirkəti Google I/O 2025 konfransında yeni SynthID Detector alətini təqdim edib. Bu alət məzmunun süni zəka vasitəsilə yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir. Xidmət şəkil, mətn, audio və videonu analiz edərək, süni zəka ilə yaradılmış materiallara avtomatik şəkildə əlavə edilən gizli su nişanlarını (watermark) aşkar edir. Bu, Gemini, Imagen, Lyria Veo kimi Google modelləri ilə yaradılmış məzmunlara da aiddir. Google DeepMind rəhbəri Pushmeet Kohli-nin sözlərinə görə, sistem kontentin hansı hissələrində bu nişanların yerləşdiyini dəqiqliklə təyin edir.
    DeepMind SynthID
         Məsələn, audio fayllarda SynthID Detector konkret vaxt aralıqlarını, şəkillərdə isə nişanın olma ehtimalı yüksək olan bölgələri tapır və işarələyir. Hazırda sistem məhdud istifadəçi qrupu arasında sınaqdan keçirilir. Sınağın ilk mərhələsindən sonra isə gözləmə siyahısına (SynthID Detector Waitlist) qeydiyyatdan keçmiş istifadəçilərə tədricən giriş imkanı veriləcək. Kohli bildirib ki, şirkət istifadəçilərin rəyini də nəzərə alaraq bu identifikasiya sistemini təkmilləşdirməyi planlaşdırır. Hazırda SynthID Detector yalnız Google məhsulları ilə yaradılmış məzmunla işləyir. Lakin gələcəkdə bu funksionallığın digər süni zəka sistemlərinə də genişləndirilməsi nəzərdən keçirilir. Bu alətin hamı üçün nə zaman əlçatan olacağı isə hələ ki, məlum deyil.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    android-xr-eyneyin-gundelik-heyatda-nece-calisacagi-sergilenib-video
    Proqram Təminatı

    Android XR eynəyin gündəlik həyatda necə çalışacağı sərgilənib (VİDEO)

    Google, I/O 2025  konfransında Android XR ağıllı eynəyinin gündəlik həyatda necə işləyəcəklərini ətraflı şəkildə nümayiş etdirib. Bu qurğu kamera, mikrofonlar, dinamiklər və linzaların içində yerləşən ekran ilə təchiz olunacaq.
    google-search-de-ai-mode-rejimi-istifadeye-verilib
    Proqram Təminatı

    Google Search-də AI Mode rejimi istifadəyə verilib

    Google, AI Mode adlı süni zəka ilə təkmilləşdirilmiş axtarış funksiyasını geniş miqyasda istifadəyə verdiyini elan edib. Bu funksiya istifadəçilərə mürəkkəb və çoxsəviyyəli suallar verməyə və məlumatların təhlili ilə əhatəli cavablar almağa imkan verir.
    google-proqramlasdirma-uzre-jules-adli-suni-zeka-agentini-istifadeye-verib
    Proqram Təminatı

    Google proqramlaşdırma üzrə Jules adlı süni zəka agentini istifadəyə verib

    Google, süni zəka ilə proqramlaşdırma sahəsində artan bazara yeni Jules adlı alət ilə daxil olur. Bu süni zəka agenti tərtibatçılara təkrarlanan tapşırıqları yerinə yetirməkdə kömək etmək üçün nəzərdə tutulub.
    chrome-zeif-ve-sindirilmis-sifreleri-avtomatik-deyise-bilecek
    Proqram Təminatı

    Chrome zəif və sındırılmış şifrələri avtomatik dəyişə biləcək

    Google I/O 2025 konfransında şirkət Chrome brauzeri üçün yeni funksiyanı elan edib. Bu funksiya zəif və ya təhlükəsizliyi pozulmuş şifrələri avtomatik olaraq yeniləyə biləcək.
    suni-zeka-vasitesile-filmlerin-yaradilmasi-ucun-google-flow-redaktoru-teqdim-edilib-video
    Proqram Təminatı

    Süni zəka vasitəsilə filmlərin yaradılması üçün Google Flow redaktoru təqdim edilib (VİDEO)

    Google şirkəti Google I/O 2025 çərçivəsində tərtibatçılar konfransında Flow adlı yeni süni zəka əsaslı video alətini təqdim edib. Şirkətin bildirdiyinə görə, bu alət 3 əsas süni zəka modelindən istifadə edir.