Logo
    main-post-cover

    Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib

    Proqram Təminatı
    09.07.2025
    Emil
          Google süni zəka köməkçisi Gemini ilə bağlı dəyişiklikləri tətbiq edib. Bu dəyişikliklər nəticəsində Gemini, istifadəçilər əvvəlcədən bu cür qarşılıqlı əlaqələri qadağan etmiş olsalar belə, artıq WhatsApp da daxil olmaqla üçüncü tərəf tətbiqlər ilə qarşılıqlı işləyə bilir. Bu funksiyadan imtina etmək isə olduqca çətindir və Google bu barədə sadə təlimatlar təqdim etməyib. Google bu yenilik haqqında istifadəçilərə göndərdiyi elektron məktub vasitəsilə məlumat verib və orada dəstək səhifəsinə istinad edilib. Həmin səhifədə qeyd olunur ki, Gemini-nin çıxış imkanı olduğu məlumatlar “insan rəyçilər (o cümlədən xidmət təminatçıları) tərəfindən oxunur, şərh edilir və emal olunur”. Məktubda istifadəçilərin bu dəyişikliklərdən imtina etmək üçün hansı addımları atmalı olduqları ilə bağlı faydalı təlimatlar yer almır. Yalnız bildirilir ki, istifadəçilər Gemini ilə qarşılıqlı əlaqədə olan tətbiqləri bloklaya bilərlər, lakin bu halda belə, toplanmış məlumatlar 72 saat müddətində saxlanılır.
         Göndərilən məktubda Android əməliyyat sistemi ilə işləyən cihazlardan Gemini-ni tamamilə silməyin mümkün olub-olmadığı izah edilmir. Hətta məktubun özündə bu məsələ ilə bağlı ziddiyyətli ifadələr yer alır və belə bir şeyin ümumiyyətlə mümkün olub-olmadığı da aydın deyil. Məktubun bir hissəsində deyilir ki, bu dəyişikliklər dünəndən etibarən avtomatik şəkildə tətbiq olunmağa başlayıb və nəticədə Gemini kimi tətbiqlərə WhatsApp, Google MessagesGoogle Phone kimi tətbiqlərə çıxış imkanı verilib. Lakin mətndə daha aşağıda qeyd olunur: “Əgər siz artıq bu funksiyaları deaktiv etmisinizsə, onlar deaktiv olaraq qalacaq”. Bununla belə, Gemini inteqrasiyasının mexanizmlərini tamamilə silmək imkanından heç bir yerdə bəhs edilmir. Mastodon sosial şəbəkəsinin bir serverinin istifadəçiləri və Ars Technica nəşrinin jurnalistləri bu məsələ ilə maraqlanıblar, lakin Google-un yardım bölməsində yalnız Gemini-nin hesab daxilində necə ayarlanacağına dair təlimat tapa biliblər.
         Məsələyə aydınlıq gətirmək məqsədilə onlar Google-a müraciət ediblər, lakin şirkət bu suala konkret cavab verməyib. Əvəzində aşağıdakı bəyanatla kifayətlənib: “Bu yeniləmə istifadəçilər üçün faydalıdır: onlar artıq Gemini-dən mobil cihazlarında gündəlik tapşırıqları yerinə yetirmək üçün istifadə edə bilərlər - məsələn, mesaj göndərmək, telefon zəngi etmək və taymer qurmaq üçün, hətta Gemini Apps Activity funksiyası söndürülmüş halda olsa belə. Gemini Apps Activity deaktiv olanda onların yazışmaları oxunmur və süni zəka modellərimizin təkmilləşdirilməsi üçün istifadə edilmir”. Şirkət nümayəndəsi, həmçinin, daha əvvəl tapılmış səhifələrdən birinə keçid linkini yenidən paylaşıb, lakin həmin səhifənin məzmunu vəziyyəti aydınlaşdırmayıb.
         Vəziyyəti əlavə olaraq aydınlaşdırmağa çalışanlardan biri də məxfi e-poçt və təqvim xidmətləri təqdim edən Tuta şirkətinin mütəxəssisləri olub. Onlar belə qənaətə gəliblər ki, Google Gemini-ni Android-ə inteqrasiya etməklə Microsoft-un bir vaxtlar Windows-da Internet Explorer-i məcburi şəkildə daxil etməsinə bənzər addım atıb - o zaman bu, uzunmüddətli məhkəmə çəkişməsi ilə nəticələnmişdi. Tuta-nın versiyasına görə, Gemini Apps Activity funksiyasını söndürmək gələcəkdə məlumatların toplanmasının qarşısını alacaq, və daha əvvəl toplanmış məlumatlar 72 saat ərzində silinəcək. Həmçinin, Gemini tətbiqi qurulmamış cihazlara sistem onu özbaşına quraşdırmayacaq. Məxfiliklərini qorumağın mümkün yollarından biri də Gemini-ni cihazdan tamamilə silməkdir. Lakin bunun üçün Android debugging rejimini aktivləşdirmək və əmr sətri interfeysi (CLI) ilə işləmək tələb oluna bilər. 
    Paylaş
    Bənzər xəbərlər
    youtube-qeyri-leqal-kontentle-zengindir
    Sosial Media

    YouTube qeyri-leqal kontentlə zəngindir

    Adalytics şirkətinin aparmış olduğu araşdırma göstərib ki, YouTube pirat məzmunun yayılması üçün əsas platformalardan biri olaraq qalır. Platformada hələ kinoteatrlarda nümayiş olunan və ya premyeraya hazırlaşan filmləri belə tapmaq mümkündür.
    nesriyyatcilar-suni-zeka-sebebile-google-u-avropa-komissiyasina-sikayet-edibler
    Proqram Təminatı

    Nəşriyyatçılar süni zəka səbəbilə Google-u Avropa Komissiyasına şikayət ediblər

    Müstəqil nəşriyyatçılardan ibarət bir qrup Google şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Səbəb axtarış nəticələrində yer alan süni zəka əsaslı icmalların onlara böyük dərəcədə zərər vurmasıdır.
    google-da-melumat-axtarisi-kreativliyi-boga-biler
    Elm & Texnologiya

    Google-da məlumat axtarışı kreativliyi boğa bilər

    Karnegi Mellon Universitetinin (CMU) mütəxəssisləri internetə çıxışın insan yaradıcılığına təsirini araşdırıblar. Məlum olub ki, Google vasitəsilə məlumat axtarma imkanı yaradıcılığı həm stimullaşdıra, həm də boğa bilər. İnsanlar baş verən dəyişikliklərə effektiv uyğunlaşmaq üçün yeni ideyalar irəli sürməyi və problemlərə yaradıcı yanaşmağı bacarmalıdırlar.
    chatgpt-den-xeber-saytlarina-kecid-olduqca-artib
    Proqram Təminatı

    ChatGPT-dən xəbər saytlarına keçid olduqca artıb

    ChatGPT platformasından xəbər saytlarına keçidlərin sayı artıb. Bu barədə məlumat Similarweb-in statistikalarında qeyd edilib. Lakin bu artım axtarış sistemindən edilən kliklərin azalmasını kompensasiya etmək üçün yetərli deyil.
    google-un-melumat-merkezleri-rekord-hedde-enerji-serf-edirler
    Elm & Texnologiya

    Google-un məlumat mərkəzləri rekord həddə enerji sərf edirlər

    Süni zəka əladır. Amma bir nüans var: bu çatlar, şəkil generatorları və axtarış sistemləri elə bil sabah olmayacaqmış kimi elektrik enerjisi sərf edirlər. Bunu Google özü yenicə təsdiqləyib.