Logo
    main-post-cover

    Chrome üçün rəqib?: Perplexity süni zəka əsaslı brauzerini təqdim edib

    Proqram Təminatı
    10.07.2025
    Emil
         Perplexity şirkəti Comet adlı öz veb brauzerini təqdim edib. Şirkətin baş direktoru Aravind Srinivas-ın sözlərinə görə, bu yeni məhsul axtarışı, süni zəka köməkçisini və tapşırıqların yerinə yetirilməsini bir interfeysə birləşdirərək, brauzerdə iş sessiyasını vahid bir prosesə çevirir. Məlumata görə, Comet-ə ilk olaraq aylıq 200$ dəyərində olan Perplexity Max tarifinin abunəçiləri çıxış əldə edəcəklər, daha sonra isə brauzer dəvət əsasında pulsuz yayımlanacaq. Brauzerdə əsas axtarış sistemi kimi Perplexity-nin özü istifadə olunur. Bu sistem internetdən əldə olunan məlumatlar əsasında süni zəka ilə cavablar formalaşdırır.
         Bundan əlavə, brauzer istifadəçinin sorğusu əsasında alış-veriş edə və otel bronlaşdırmağa kömək göstərə bilir. Comet-in istifadəyə verilməsi Perplexity-nin Google ilə rəqabətində növbəti addım oldu. Daha əvvəl startap Motorola ilə yeni Razr smartfonlarında öz köməkçisinin əvvəlcədən quraşdırılması barədə razılığa gəlmişdi və Aravind Srinivas-ın sözlərinə görə, əgər Google-a qarşı antiinhisar iddiası olmasaydı, belə bir tərəfdaşlıq çox güman ki, baş tutmazdı. Onun fikrincə, başqa bir halda Google Motorola-ya təzyiq göstərə bilərdi. Comet brauzeri açıq mənbəli Chromium platforması üzərində qurulub.
         Bu platformadan həmçinin Chrome, Microsoft Edge və digər brauzerlər də istifadə edirlər. Maraqlıdır ki, Perplexity şirkəti məhkəmənin Google-u Chrome brauzerini satmağa məcbur etməsi halında, onu almaq imkanını da istisna etmir. Axtarış funksiyasından əlavə, Comet ekranda olan məzmunu analiz edən və mətn xülasələrinin hazırlanması, görüşlərin təşkili, məktubların göndərilməsi kimi tapşırıqları yerinə yetirməyə kömək edən daxili köməkçi ilə də təchiz olunub. Gələcəkdə şirkət brauzerin funksionallığını genişləndirməyi planlaşdırır. Hazırda Comet brauzeri Windows macOS sistemlərini dəstəkləyir. O, digər brauzerlərdən əlavələri (extensions), ayarları və qovluqları bir kliklə köçürməyə imkan verir.
    Paylaş
    Bənzər xəbərlər
    perplexity-sirketi-comet-adli-brauzerini-istifadeye-vermeye-hazirlasir
    Proqram Təminatı

    Perplexity şirkəti Comet adlı brauzerini istifadəyə verməyə hazırlaşır

    Süni zəka texnologiyaları sahəsində fəaliyyət göstərən Perplexity şirkəti istifadəçilərin tətbiqdən kənarda etdikləri hərəkətlər barədə məlumat toplayacaq brauzerini yaratmaq üzərində işləyir.
    daha-bir-sirket-chrome-brauzerinin-alinmasinda-maraqlidir
    Tech-Biznes

    Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır

    Perplexity şirkəti, əgər məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etsə, onu almağa hazır olduğunu bəyan edib. Bununla belə, şirkət bildirir ki, Chrome-un Google ekosistemində qalması, onun OpenAI-nin nəzarətinə keçməsindən daha məqsədəuyğundur, çünki bu hal Chromium layihəsinin açıqlığını və sabitliyini təhlükə altına qoya bilər.
    samsung-galaxy-cihazlarina-perplexity-suni-zeka-komekcisinin-inteqrasiyasi-nezerden-kecirilir
    Proqram Təminatı

    Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir

    Samsung şirkəti Perplexity adlı süni zəka köməkçisinin Galaxy smartfon və planşetlərinə mümkün inteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Bu addım, Galaxy cihazlarında əsas yer tutan Google-un Gemini köməkçisinə əlavə olaraq əhəmiyyətli bir yenilik ola bilər.
    suni-zeka-esasli-axtaris-sistemleri-xeber-menbeleri-baximindan-yanlis-melumatlar-verirler
    Süni İntellekt

    Süni zəka əsaslı axtarış sistemləri xəbər mənbələri baxımından yanlış məlumatlar verirlər

    Generativ süni zəka modelinə əsaslanan 8 axtarış xidməti xəbər mənbələri ilə işləməkdə ciddi problemlər nümayiş etdirib. Bu, Columbia Journalism Review nəşrinin Rəqəmsal Jurnalistika Mərkəzi tərəfindən aparılmış araşdırmanın nəticələrindən məlum olub.