Logo
    main-post-cover

    Bəzi mütəxəssislər iOS 26-nın yeni dizayn üslubunu tənqid ediblər

    Proqram Təminatı
    11.06.2025
    Emil
         Apple iOS 26 Liquid Glass dizayn yeniləməsi ilə artıq tərtibatçılar üçün təqdim edilib, platformanın ilk ictimai beta versiyasının isə iyul ayında çıxacağı gözlənilir. Bu yeniləmə son 10 il ərzində Apple-ın ilk böyük interfeys dəyişikliklərindən biridir və tətbiq ikonlarını, düymələri, menyuları və açılan pəncərələri dumanlı şüşəyə bənzədir - onların arxasından bulanıq fon elementləri görünür. Məlumata əsasən dizaynerlər bu yeniliyi birmənalı qarşılamayıblar. Vizual interfeysdəki böyük dəyişikliklər təkcə iPhone-a aid deyil. Vision Pro cihazında debüt etmiş bu üslub indi Apple-ın bütün cihazlarına - ağıllı saatlardan iPad-lərə qədər yayılacaq. “Bəziləri oxunması çətindir. Əsasən ona görə ki, dizayn çox şəffaf edilib” - deyə işgüzar mesajlaşma tətbiqi Output-un yaradıcısı Allan Yu bildirib.
         O, nəticənin daha oxunaqlı olması üçün ya bulanıqlıq effektinin gücləndirilməsini, ya da fonun tənzimlənməsini təklif edib. Startaplara dizayn sahəsində dəstək verən Iteration şirkətinin həmtəsisçisi Josh Puckett xəbərdarlıq edib ki, yeni dizayn yayındıra və ya oxumağı çətinləşdirə bilər, xüsusən də görmə problemləri olan istifadəçilər üçün. Lakin Apple-ın proqram təminatında əlçatanlıq məsələlərinə verdiyi önəmi nəzərə alaraq, ekspert ümid edir ki, Liquid Glass dizaynının oxunaqlılığı zamanla yaxşılaşacaq. CleanMyMac tətbiqinin yaradıcısı olan MacPaw şirkətinin proqram mühəndisi Sergey Popov özünə sual verib ki, yenilənmiş əməliyyat sistemi dizaynı parlaq işıqlandırma şəraitində - yansıma və parıltıların görünüşü onsuz da çətinləşdirdiyi hallarda - Mac kompüterlərində necə görünəcək?
         Lakin ümumilikdə o, hesab edir ki, indi interfeys elementləri vizual olaraq daha böyük olacaq və onlarla işləmək daha rahat olacaq. Onun fikrincə, Liquid Glass dizaynı ən yaxşı iPad-də görünəcək. Restoranlar üçün tətbiq və saytlar hazırlayan Owner.com şirkətinin dizayneri Adam Whitcroft bu yeni interfeys dizaynını böyük texniki uğur adlandırıb. Ancaq o, xəbərdarlıq edib ki, bu dizayn üslubu kontekstdən diqqəti yayındıra bilər və əgər bu baş verərsə, Apple bəlkə də yalnış yola yönəlib. Düz və sadə dizayn elementlərindən imtinanı isə mütəxəssislər müsbət dəyərləndiriblər və hesab edirlər ki, estetik gözəlliyə önəm verən Apple bu qərarı ilə yeni bir trendlə çıxış edə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    ios-26-istifadecileri-zengler-ve-mesajlardaki-spamlardan-qoruyacaq
    Proqram Təminatı

    iOS 26 istifadəçiləri zənglər və mesajlardakı spamlardan qoruyacaq

    iOS 26-nın çıxışı arzuolunmaz zənglərə və mesajlara qarşı mübarizədə dönüş nöqtəsi ola bilər. Phone və Messages tətbiqlərinin yeni versiyalarında spam-ı avtomatik şəkildə müəyyən edib bloklamağa imkan verən güclü funksiyalar əlavə olunacaq.
    apple-rehberliyi-suni-zeka-esasli-siri-nin-yaradilmasi-uzre-ilk-cehdin-ugursuz-oldugunu-etiraf-edib
    Proqram Təminatı

    Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib

    Cari ilin mart ayında Apple süni zəka alqoritmlərinə əsaslanmalı olan yenilənmiş Siri virtual köməkçisinin istifadəyə verilməsini təxirə salmağa məcbur olub. İndi isə WWDC tədbiri çərçivəsində jurnalistlərlə söhbət zamanı Apple-ın proqram təminatı üzrə vitse-prezidenti Craig Federighi və beynəlxalq marketinq üzrə vitse-prezidenti Greg Joswiak bu qərarın səbəbləri barədə daha ətraflı məlumat veriblər.
    intel-prosessorlu-mac-lar-ucun-macos-tahoe-son-boyuk-yenilenme-olacaq
    Proqram Təminatı

    Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq

    Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək.
    kenar-tertibatcilar-ucun-apple-intelligence-e-pulsuz-cixis-imkani-verilib
    Proqram Təminatı

    Kənar tərtibatçılar üçün Apple Intelligence-ə pulsuz çıxış imkanı verilib

    Apple yeni Foundation Models adlı framework-u təqdim edib. Bu framework vasitəsilə sistem daxilində Apple Intelligence tərəfindən istifadə olunan lokal süni zəka modellərinə üçüncü tərəf tərtibatçıların çıxışı təmin olunur.
    apple-games-tetbiqi-teqdim-olunub
    Proqram Təminatı

    Apple Games tətbiqi təqdim olunub

    Apple şirkəti Apple Games adlı yeni tətbiqi təqdim edib. Bu, iPhone, iPad və Mac üçün nəzərdə tutulmuş oyun mərkəzi və oyun başlatma (launcher) platformasıdır və sosial funksiyaları da özündə birləşdirir.