Logo
    main-post-cover

    Adobe sosial şəbəkələrdə kanalların idarəsi üçün süni intellekt köməkçisini təqdim edib

    Proqram Təminatı
    30.10.2025
    Emil
         Adobe şirkəti sosial şəbəkə kanallarının idarə olunması üçün nəzərdə tutulmuş yeni süni intellekt köməkçisini - Project Moonlight adlı sistemi Firefly platformasında təqdim edib. Sistem istifadəçinin sosial şəbəkələrdə paylaşdığı məzmunu və Creative Cloud layihə tarixçəsini analiz edərək onun üslubuna və ünsiyyət tonuna uyğun fərdiləşdirilmiş şəkillər, videolar və postlar yaradır. Adobe-nin izahına görə, Project Moonlight mərkəzləşdirilmiş yaradıcı administrator rolunda çıxış edir və Photoshop, Premiere Pro Lightroom kimi tətbiqlərdəki ixtisaslaşmış süni intellekt köməkçilərinin fəaliyyətini əlaqələndirir. İş prinsipi belədir: istifadəçi sadə mətnlə ideyasını təsvir edir, sistem isə avtomatik olaraq uyğun Adobe alətlərini işə salaraq həmin ideyanı reallaşdırır. Yeni süni intellekt köməkçisinin 3 əsas funksiyası var.
    - Birincisi, o, Creative Cloud kitabxanalarına və sosial şəbəkə hesablarına qoşularaq istifadəçinin vizual üslubunu və yaradıcılıq üstünlüklərini anlamaq üçün kontekstdən asılı yaradıcı intellektdən istifadə edir.
    - İkincisi, istifadəçinin süni intellekt ilə dialoq şəklində ifadə etdiyi ideyanı dərhal hazır media formatlarına çevirərək kontent yaradır.
    - Üçüncüsü, sosial şəbəkə kanallarının inkişafı üçün analitika və strategiyalar təqdim edir, trendləri müəyyənləşdirir və auditoriyanın böyüməsi ilə yaradıcı brendin möhkəmlənməsinə yönəlmiş kontent planları formalaşdırır.
         Məlumata görə, Project Moonlight-ın qapalı beta versiyası yaxın aylarda gözləmə siyahısına qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatan olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    adobe-firefly-da-videolarin-suni-intellekt-vasistesile-seslendirilmesi-mumkun-olacaq
    Proqram Təminatı

    Adobe Firefly-da videoların süni intellekt vasistəsilə səsləndirilməsi mümkün olacaq

    Adobe səs üzərində işləmək üçün yeni süni intellekt aləti təqdim edib - bu alət videolara mövzuya uyğun fon musiqisi və arxa səs əlavə etməyə imkan verir. Generate Soundtrack və Generate Speech adlanan bu funksiyalar yenilənmiş Adobe Firefly tətbiqinə inteqrasiya olunacaq.
    google-gemini-foto-redaktesi-sahesinde-adobe-un-helleri-ile-reqabet-aparir
    Proqram Təminatı

    Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır

    Avqust ayında Google yüksək dəqiqliklə foto redaktə prosesinə nəzarət etməyə imkan verən Gemini 2.5 Flash Image adlı süni intellekt modelini təqdim etdi. Bu alət Gemini tətbiqinin bütün istifadəçiləri üçün pulsuz şəkildə əlçatan oldu, həmçinin tərtibatçılar xidməti öz məhsullarına inteqrasiya etmək üçün uyğun API-dan nisbətən aşağı ödəniş qarşılığında istifadə edə bilərlər.
    adobe-premiere-in-ios-versiyasi-pulsuz-sekilde-istifadeye-verilib
    Proqram Təminatı

    Adobe Premiere-in iOS versiyası pulsuz şəkildə istifadəyə verilib

    Adobe şirkəti məşhur video redaktə tətbiqi Premier-in iOS versiyasının istifadəyə verildiyini elan edib. Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün isə tətbiq hələ hazırlanma mərhələsindədir.
    adobe-premiere-bu-ayin-sonunda-iphone-ucun-pulsuz-istifadeye-verilecek
    Proqram Təminatı

    Adobe Premiere bu ayın sonunda iPhone üçün pulsuz istifadəyə veriləcək

    Ayın sonunda Adobe şirkəti iPhone üçün Adobe Premiere video redaktorunu təqdim edəcək. Şirkət bildirir ki, proqram təminatı imkanlarına görə PC üçün nəzərdə tutulmuş tətbiqə daha yaxın olacaq və sadələşdirilmiş Premiere Rush versiyasından fərqli olacaq.
    photoshop-da-yeni-suni-intellekt-funksiyalari-istifadeye-verilib
    Proqram Təminatı

    Photoshop-da yeni süni intellekt funksiyaları istifadəyə verilib

    Adobe, Photoshop-un son beta versiyasında bir sıra yeni alətlər təqdim edib. Şirkətin açıqlamasına görə, bu alətlər yorucu addımları aradan qaldıracaq, çətinlik səviyyəsini azaldacaq və dəqiq redaktəni daha sürətli və intuitiv edəcək.