
ABŞ üçün CapCut-ın xüsusi versiyası hazırlanır
Proqram Təminatı
09.07.2025
Emil
TikTok-un ABŞ-dakı biznesinin gözlənilən satışı çərçivəsində Çin şirkəti ByteDance yalnız sosial şəbəkə tətbiqinin deyil, həm də özünə məxsus CapCut video redaktorunun ayrıca versiyasını buraxmağı planlaşdırır. Hər iki tətbiq yalnız ABŞ istifadəçiləri üçün nəzərdə tutulacaq. Yeni CapCut versiyasının buraxılış tarixi hələ açıqlanmayıb. Hazırda bu tətbiq Google Play mağazasında 1 milyard dəfədən çox yüklənib. ABŞ-ın App Store mağazasında isə CapCut video redaktoru Instagram və YouTube-u geridə qoyur.

Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, ABŞ-dakı TikTok istifadəçiləri sosial şəbəkədən istifadəni davam etdirmək üçün yeni bir tətbiq yükləməli olacaqlar. Yeni tətbiqin 5 sentyabrda təqdim olunacağı gözlənilir, köhnə versiya isə 2026-cı ilin martında fəaliyyətini dayandıracaq. Lakin bu tarixlərin dəyişməsi mümkündür. ABŞ üçün ayrıca tətbiqlərin istifadəyə verilməsi çox güman ki, ByteDance şirkətinin TikTok və digər ABŞ aktivlərindən imtina etməsini tələb edən qanunun icrası üzrə daha geniş planın bir hissəsidir.

Bu tələb, Çin hökumətinin ABŞ istifadəçilərinin məlumatlarına çıxış əldə edə biləcəyi və ya məzmuna təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar fonunda meydana çıxıb. Əgər bu tələb yerinə yetirilməzsə, TikTok-un ABŞ-da qadağan olunması ehtimalı var. Sosial şəbəkənin satışı məsələsi, Donald Trump-ın tətbiq etdiyi tariflərlə bağlı Çinlə aparılan danışıqlarda əsas mövzulardan biri olaraq qalır. Müxtəlif vaxtlarda biznesin potensial alıcıları sırasında Microsoft, Amazon və investor Frank McCourt-un rəhbərlik etdiyi investorlar qrupu da göstərilib.
Paylaş
Bənzər xəbərlər

Sosial Media
TikTok-un ABŞ üçün xüsusi versiyası hazırlanır
TikTok ABŞ-da bloklanmaqdan, Oracle-ın da daxil olduğu investorlar qrupuna tətbiqin yeni versiyasının yaradılması və bu versiyada payın satılmasını nəzərdə tutan razılaşma sayəsində yayına bilər.

Tech-Biznes
TikTok-un potensial alıcılarının adları məlum olub
Trump bildirib ki, TikTok tətbiqini onun Çinli ana şirkəti ByteDance-dən almaq üçün namizədi müəyyən edib, lakin istənilən alqı-satqı razılaşmasının yekunlaşması Çin hökumətinin və Çinin lideri Xi Jinping-in mövqeyindən asılı olacaq.

Tech-Biznes
Donald Trump TikTok üçün alıcı tapdığını bildirib
Donald Trump TikTok üçün alıcı tapdığını bildirib. Onun sözlərinə görə, bu, çox varlı şəxslərdən ibarət bir qrupdur. ABŞ-ın hal-hazırki prezidenti, 2020-ci ildə prezidentliyinin birinci dönəmində bu prosesə özü başlasa da, sonradan dəfələrlə tətbiqin ölkədə qadağan olunmasını təxirə salmışdı.

Tech-Biznes
Donald Trump TikTok-un ABŞ-da qadağasını üçüncü dəfə 90 günlük təxirə saldı
ABŞ-ın əvvəlki administrasiyası tərəfindən qəbul edilmiş və TikTok-un ABŞ-da fəaliyyətinin, yerli aktivlərin amerikalı investorlar tərəfindən alınması ilə bağlı razılaşma əldə olunmadığı təqdirdə qadağan edilməsini nəzərdə tutan qanun, Donald Trump-ın andiçməsindən bir gün əvvəl qüvvəyə mindi.

Tech-Biznes
Avropa Birliyi TikTok ilə bağlı yeni istintaqa start verib
Avropa Komissiyası 2025-ci il mayın 9-da ilkin olaraq müəyyən edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok sosial şəbəkəsi Avropa Birliyinin “Rəqəmsal Xidmətlər Aktı”nı (Digital Services Act, DSA) pozub.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
