Tesla-dan Autopilot reklamını dayandırması tələb olunub
Nəqliyyat
17.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Kaliforniya Nəqliyyat Vasitələri Departamentinin (DMV) qaldırdığı iş üzrə inzibati hüquq hakimi Tesla-nın Autopilot və Full Self-Driving (FSD) sürücüyə yardım sistemlərini reallıqdan daha inkişaf etmiş kimi təqdim etdiyini və bunun istehlakçılarda yanlış təsəvvür yaratdığını müəyyən edib.
Hakim DMV-nin Tesla-nın Kaliforniyada avtomobil satışlarının 30 gün müddətinə dayandırılması tələbi ilə razılaşıb. Lakin DMV bu qərarın icrasını 90 günlüyə təxirə salıb və Tesla-ya marketinq materiallarında aldadıcı ifadələri dəyişdirmək və ya tamamilə çıxarmaq imkanı verib. Şirkət bu müddət ərzində tələblərə əməl edərsə, sanksiyalar ləğv olunacaq. Hakim eyni zamanda Tesla-nın istehsal lisenziyasının da 30 gün dayandırılmasını tövsiyə edib, amma bu qərar da hazırda icra olunmur.
Hələlik Tesla-nın qərara hansı meyarlarla uyğunlaşmalı olduğu tam aydın deyil. DMV məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, Tesla-nın artıq rəsmi PR şöbəsi də fəaliyyət göstərmir.
Tesla daha əvvəl də Autopilot və FSD sistemlərinin imkanlarını şişirtməkdə ittiham olunaraq Kaliforniya Baş Prokurorluğu, ABŞ Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən araşdırmalara məruz qalıb. Şirkət bu texnologiyalarla bağlı baş verən qəzalara görə açılmış bir sıra mülki iddiaları da sonradan razılaşma yolu ilə bağlayıb.
Bu qərar Tesla-nın Ostində Robotaxi xidmətini genişləndirdiyi bir vaxta təsadüf edir. Şirkət bu yaxınlarda sınaq məqsədli kiçik avtomobil parkından təhlükəsizlik nəzarətçilərini çıxarıb. Lakin bu avtomobillərdə istifadə olunan proqram təminatı Tesla müştərilərinin şəxsi avtomobillərində olan versiyadan fərqlidir.
Paylaş
Bənzər xəbərlər
Nəqliyyat
Tesla Robotaksiləri Austin küçələrində fəaliyyətə başlayıb
Elon Musk Tesla Model Y-nin artıq heç bir sürücü və ya sərnişin olmadan şəhər yollarında hərəkət etdiyini təsdiqləyib.
Nəqliyyat
ABŞ-nin 5 şəhərində fəaliyyət göstərən Waymo sürətlə genişlənir
Şirkət bu ilin əvvəlində həftəlik 250 min səfər etdiyini açıqlamışdı. Lakin CNBC-nin əldə etdiyi Tiger Global investor məktubu real göstəricilərin bundan daha yüksək olduğunu təsdiqləyib.
Nəqliyyat
Robotaksilərin genişlənməsi fonunda təhlükəsizlik ilə bağlı tənqidlər artır
Son günlər avtonom nəqliyyat sahəsində ard-arda yeni elanlar verilir və robotaksi xidmətləri müxtəlif şəhərlərdə real istifadəyə doğru daha da yaxınlaşır.
Nəqliyyat
Tesla Avropada daha ucuz Model 3 satışına başlayıb - QİYMƏTİ
Şirkət istifadəçilərinə göndərdiyi tətbiqdaxili bildirişlə Model 3 Standard adlı daha ucuz variantın artıq Avropa bazarlarında mövcud olduğunu açıqlayıb.
Nəqliyyat
Tesla-nın FSD sistemi mesajlaşmaya icazə verir
Elon Musk bildirib ki, şirkətin ən son Full Self-Driving (Supervised) proqram yeniləməsi avtomobil hərəkətdə olarkən sürücülərə mesaj yazmağa icazə verir. Halbuki ABŞ ştatlarının demək olar ki, hamısında sükan arxasında telefonla mesajlaşmaq qanunla qadağandır.
Ən çox oxunanlar