
Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
Cihazlar+
15.09.2025
Emil
Xiaomi bu ayın sonuna kimi öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, şirkətin yeni flaqman smartfon seriyası Xiaomi 16 olacaq. Belə ki, şirkət keçən il Xiaomi 15 seriyasını təqdim etmişdi. Lakin əslində bu vəziyyət bir qədər fərqli olacaq. Belə ki, şirkət rəsmi şəkildə anons edib ki, onun növbəti flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq. Bu seriyaya 3 model daxil olacaq. Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Şirkətin CEO-su Lu Weibing bu anonsu edərək bunları deyib: “5 il əvvəl biz əsas rəqibimiz və onun iPhone modelinin təcrübəsindən faydalanaraq premium strategiyamızı həyata keçirməyə başladıq. Apple bu günə qədər üstünlüyünü nümayiş etdirməkdə davam edir, lakin biz özümüzə inamımızı qoruyuruq, buna görə də eyni nəsil və eyni səviyyədə olan iPhone ilə birbaşa rəqabət aparırıq”.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 8 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi Pad 8 Pro olmalıdır.

Cihazlar+
2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə.

Cihazlar+
REDMI 15R 5G-nin render fotosu və texniki imkanları ortaya çıxıb
Xiaomi-nin REDMI brendi büdcəli REDMI 15R 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu və texniki imkanları ortaya çıxıb.

Cihazlar+
Xiaomi 16 Pro Max-ın real fotoları ortaya çıxıb
Xiaomi yaxın zamanda Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Son məlumat sızıntılarına inansaq, sözügedən seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 16 Pro Max olacaq.

Cihazlar+
Təqdimata hazırlaşan Xiaomi 15T-nin render fotoları təqdim olunub
Xiaomi şirkəti dünən Xiaomi 15T smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 24 sentyabr tarixində təqdim olunacaq.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
