
Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub
Cihazlar+
04.04.2025
Emil
Xiaomi şirkəti yeni qatlana bilən qapaqlı smartfonu MIX Flip 2-ni təqdim etməyə hazırlaşır. Bu barədə məlumat 3C sertifikatlaşdırma bazasında ortaya çıxıb - cihaz 2505APX7BC texniki nömrəsi ilə qeydə alınıb. Çin sertifikat platformasındakı məlumata görə, telefon 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Həmçinin smartfonun 5G şəbəkələri ilə uyğunluğu da təsdiqlənir.

Qeyd etmək lazımdır ki, birinci nəsil Xiaomi MIX Flip də 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Xiaomi MIX Flip 2 modelinin digər texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin cihazın sertifikat bazasında görünməsi onun yaxın zamanda - artıq bu ilin may və ya iyun aylarında təqdim edilə biləcəyinə işarə edir. Xatırladaq ki, yeni modelin sələfi olan MIX Flip modeli Snapdragon 8 Gen 3 prosessoru əsasında qurulub və 6.86 düym ölçülü daxili OLED ekranla təchiz olunub.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C71-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI A5 4G adlı yeni büdcəli smartfonunu təqdim edib. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi qlobal bazarda iki yeni flaqman smartfonunu təqdim edib. Söhbət, POCO F7 Pro və F7 Ultra modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə oxşar olsalar da bəzi texniki imkanlar baxımından bir-birindən fərqlənirlər.

Cihazlar+
REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 240 Hz adlanır.

Nəqliyyat
Xiaomi YU7 krossoverinin yeni rəsmi fotoları təqdim edilib
Xiaomi şirkətinin baş direktoru Lei Jun şirkətin yeni elektrik krossoveri olan Xiaomi YU7 modelini şəxsən ictimaiyyətə təqdim edib və sosial şəbəkələrdə bir sıra fotolar paylaşıb.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
