Logo
    main-post-cover

    Xiaomi 15T və 15T Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.09.2025
    Emil
         Xiaomi şirkəti qlobal bazarda Xiaomi 15T smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına 2 model daxil olub: Xiaomi 15T və 15T Pro. Xiaomi-nin bu yeni 2 smartfonu həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birinə bənzəyir. Smartfonlar böyük ölçülü ekranı, fərqli MediaTek Dimensity prosessorlarını və orta həcmli batareyanı əldə ediblər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Bu smartfonlarda gövdə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Xiaomi 15T modeli MediaTek Dimensity 8400-Ultra prosessoru vasitəsilə çalışır və 256/512 GB daxili yaddaş həcmini, Xiaomi 15T Pro modeli isə MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Hər iki smartfon 12 GB RAM ilə təchiz olunub. Kameralar mövzusunda hər iki smartfon özündə 50 MP + 12 MP + 50 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə, hər iki smartfon 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi 15T modeli 67 vatt gücündə, Xiaomi 15T Pro modeli isə 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bundan əlavə olaraq Xiaomi 15T Pro modeli özündə 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirir. Bu yeni smartfonlar artıq satışa çıxıblar. Xiaomi 15T-nin qiyməti 649 avrodan, Xiaomi 15T Pro-nun qiyməti isə 799 avrodan start götürür.
    Paylaş