Logo
    main-post-cover

    Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    08.09.2025
    Emil
         Xiaomi şirkəti Xiaomi 15T smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni smartfon seriyası 24 sentyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq: Xiaomi 15T Xiaomi 15T Pro. Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15T modeli MediaTek Dimensity 8400 Ultra prosessoru vasitəsilə, Xiaomi 15T Pro modeli isə Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq. Hər iki smartfonun 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    budceli-poco-c85-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Büdcəli POCO C85 smartfonu təqdim edilib - QİYMƏTİ

    Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C85-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    boyuk-avtomobil-istehsalcilari-proqram-teminatinin-hazirlanmasinda-geri-qalirlar
    Proqram Təminatı

    Böyük avtomobil istehsalçıları proqram təminatının hazırlanmasında geri qalırlar

    Ənənəvi istehsal modelindən rəqəmsal iş formatına keçid bir çox ənənəvi avtomobil istehsalçıları üçün həddindən artıq mürəkkəb və baha başa gəlib. Yeni şəraitdə onlara müxtəlif yanaşmalar tətbiq etmək lazım gəlir.
    agilli-saat-bazarinda-huawei-apple-i-geride-qoyaraq-dunya-liderine-cevrilib
    Tech-Biznes

    Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib

    2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi.
    xiaomi-hyperos-3-teqdim-edilib
    Proqram Təminatı

    Xiaomi HyperOS 3 təqdim edilib

    Xiaomi HyperOS 3-ü təqdim edib - bu, Android 16 əməliyyat sistemi əsasında hazırlanmış yeni nəsil proqram platformasıdır və gələcəkdə Xiaomi, REDMI və POCO markalarının mövcud və yeni smartfonlarında istifadə olunacaq.
    orta-budceli-redmi-note-15r-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Orta büdcəli REDMI Note 15R təqdim olunub - QİYMƏTİ

    Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI Note 15R smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.