
Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
Cihazlar+
29.02.2024
Emil
Xiaomi 14 Ultra-nın həm Çində həm də qlobal bazarda təqdimatı artıq baş tutub. Smartfonun Çin bazarında qiyməti 900$, qlobal bazarda qiyməti isə 1500 avro təşkil edəcək. Bu cür yüksək satış qiymətinə sahib smartfonun təmiri də ucuz başa gəlməyəcək. Xiaomi öz növbəsində Xiaomi 14 Ultra-nın müxtəlif hissələrinin təmirinin hansı qiymətə başa gələcəyini açıqlayıb. Adətən yüksək satış qiymətinə sahib smartfonlarda ən bahalı komponent ekran hesab edilir. Lakin Xiaomi 14 Ultra-da bu belə deyil. Sözügedən smartfonun müxtəlif komponentlərinin təmirinə sərf ediləcək vəsaitlərin siyahısı aşağıda qeyd olunub.
- Ekranın dəyişilməsi - 188$
- Ana platanın dəyişilməsi - 12 GB RAM + 256 GB yaddaş versiyası üçün 380$, 16 GB RAM + 512 GB yaddaş versiyası üçün 400$, 16 GB RAM + 1 TB yaddaş versiyası üçün isə 421$.
- Əsas arxa kameranın dəyişilməsi - 139$
- Ultra geniş bucaqlı kameranın dəyişilməsi - 68$
- Telekameraların dəyişilməsi - 25$
- Ön kameranın dəyişilməsi - 8$
- Batareyanın dəyişilməsi - 25$
- Arxa qapağın dəyişilməsi - 40$
- Səsgücləndiricinin dəyişilməsi - 4$.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
4 ədəd Redmi Note 11 smartfonu üçün HyperOS istifadəyə evrilib
Xiaomi şirkəti heç gözlənilmədən 3 smartfonu üçün HyperOS-i istifadəyə verib.

Proqram Təminatı
Qlobal bazarda HyperOS-i əldə edəcək Xiaomi cihazlarının yenilənmiş siyahısı təqdim edilib
Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində qlobal bazarda HyperOS-i əldə edəcək cihazlarının siyahısını təqdim edib.

Cihazlar+
Xiaomi Watch S3-ün və Pad 6S Pro-nun qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində daha iki cihazının qlobal versiyalarını təqdim edib.

Cihazlar+
Xiaomi Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 14 və Xiaomi 14 Ultra smartfonlarının qlobal versiyaları ilə yanaşı həmçinin Xiaomi Watch 2 smart saatını da təqdim edib.

Cihazlar+
Xiaomi 14 və Xiaomi 14 Ultra-nın qlobal versiyaları təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində Xiaomi 14 və Xiaomi 14 Ultra smartfonlarının qlobal versiyalarını təqdim edib.
Ən çox oxunanlar

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
