Vivo Pad 5e subflaqman planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
14.10.2025
Emil
Vivo şirkəti yeni subflaqman planşetini təqdim edib. Söhbət, Vivo Pad 5e-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Pad 5e planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin gövdəsinin qalınlığı 6.62 mm, çəkisi isə 584 qram təşkil edir. Planşet özündə 4 ədəd stereo səsgücləndiricini birləşdirir. Planşet Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Pad 5e özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 44 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Pad 5e yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 280$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Vivo WATCH GT 2 ağıllı saatı təqdim edilib - QİYMƏTİ
Vivo öz yeni ağıllı saatını təqdim edib. Söhbət, Vivo WATCH GT 2-dən gedir. Bu yeni smart saat kvadrat formalı gövdə dizaynını əldə edib.
Cihazlar+
Vivo X300 və X300 Pro flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti öz yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, Vivo X300 seriyasından gedir. Bu seriyaya 2 model daxil olub: Vivo X300 və X300 Pro. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də bəzi texniki imkanlar baxımından fərqlənirlər.
Cihazlar+
Orta büdcəli Vivo V60e smartfonu təqdim olunub - QİYMƏTİ
Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60e-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Orta büdcəli Vivo V60 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60 Lite 5G-dən gedir. Bu yeni smartfon keçən ay təqdim edilmiş Vivo V60-ın bir qədər sadələşdirilmiş versiyasıdır.
Cihazlar+
Orta büdcəli Vivo Y50i 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo Y50i 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar