Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Google Pixel Watch 4-ün texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    17.07.2025
    Emil
         Google artıq Made by Google adlı tədbirinin keçiriləcəyi tarixi açıqlayıb. Tədbir 20 avqust tarixində baş tutacaq. Sözügedən tədbir çərçivəsində Pixel 10 smartfon seriyası ilə yanaşı Pixel Watch 4 ağıllı saatı da təqdim olunmalıdır. İndi isə internetdə bu yeni ağıllı saat barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara inansaq, Pixel Watch 4 ağıllı saatı iki versiyada təqdim olunacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Hər iki versiya Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
         Qeyd etmək lazımdır ki, bu prosessor daha öncəki Pixel Watch modellərində də istifadə edilir. Məlumata əsasən Pixel Watch 4 ağıllı saatı 1 Hz-dən 60 Hz-ə kimi təsvir yenilənməsinə sahib Actua AMOLED LTPO ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək. Ağıllı saatın əsas fərqləndirici özəlliklərindən biri də M55 adlı köməkçi prosessor olacaq. Bu prosessor minimal enerji sərfiyyatı çərçivəsində süni zəka ilə bağlı 5 dəfə daha çox tapşırığın yerinə yetirilməsini təmin edir.
         Pixel Watch 4-də Gemini köməkçisinin istifadəyə veriləcəyini nəzərə alsaq, bu, olduqca aktual bir özəllikdir. Məlumatda qeyd edilib ki, ağıllı saatın 41 mm gövdə ölçüsünə sahib versiyası 325 mAh enerji tutumlu batareya ilə, 45 mm gövdə ölçüsünə sahib versiyası isə 455 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nəticədə 41 mm-lik versiya daimi aktiv ekran rejimi çərçivəsində 30 saat ərzində, enerjiyə qənaət rejimi çərçivəsində 48 saat ərzində çalışa biləcək. 45 mm-lik versiyaya gəldikdə, o, daimi aktiv ekran rejimi çərçivəsində 40 saat ərzində, enerjiyə qənaət rejimi çərçivəsində 72 saat ərzində çalışa biləcək.
    Paylaş
    Bənzər xəbərlər
    google-pixel-10-smartfon-seriyasinin-resmi-teqdimat-tarixi-aciqlanib
    Cihazlar+

    Google Pixel 10 smartfon seriyasının rəsmi təqdimat tarixi açıqlanıb

    Google şirkəti Pixel 10 smartfon seriyasının təqdimat tarixini təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyası Made by Google tədbiri çərçivəsində təqdim olunacaq.
    chatgpt-infrastrukturunun-bir-hissesi-google-cloud-a-kocurulecek
    Proqram Təminatı

    ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək

    OpenAI dünən bildirib ki, süni zəkaya əsaslanan məşhur köməkçisi ChatGPT üçün Google-un bulud infrastrukturundan istifadə etməyi planlaşdırır.
    google-gemini-istifadeci-adindan-zeng-etmek-imkanini-elde-edib
    Proqram Təminatı

    Google Gemini istifadəçi adından zəng etmək imkanını əldə edib

    Google, süni zəkanın istifadəçilərin adından telefon zəngləri edə bilməsini təmin edən bir funksiyanı istifadəyə verib. Bu imkan artıq axtarış sistemində mövcuddur və müxtəlif şirkətlərin qiymətləri və xidmətlərinin mövcudluğu barədə məlumat almağa imkan verir - özü də istifadəçi fərdi şəkildə zəng etmədən.
    qatlana-bilen-google-pixel-10-pro-fold-un-texniki-imkanlari-ortaya-cixib
    Cihazlar+

    Qatlana bilən Google Pixel 10 Pro Fold-un texniki imkanları ortaya çıxıb

    Google yaxın zamanda Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də qatlana bilən Pixel 10 Pro Fold olacaq. İndi isə internetdə bu yeni qatlana bilən smartfonun texniki imkanları ortaya çıxıb.
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    Tech-Biznes

    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib

    ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb.