Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib

    Cihazlar+
    27.02.2025
    Emil
         Samsung şirkəti bu ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder bu yeni qatlana bilən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da belə qənaətə gəlmək olar ki, Galaxy Z Fold 7 modeli xarici görünüşcə keçən ilki Galaxy Z Fold 6 modelinə bənzəyəcək.
         İnsayder bildirib ki, smartfonun tam açıq vəziyyətdə gövdə qalınlığı 4.5 mm, tam qapalı vəziyyət gövdə qalınlığı isə 9.5 mm təşkil edəcək. Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 7 smartfonu 8.2 düym ölçülü daxili ekran və 6.5 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. İnsayderin sözlərinə inansaq, smartfon 200 MP-lik əsas arxa kameranı, 2 MP-lik və 10 MP-lik ön kameraları əldə edəcək. Smartfonun batareya həcminin isə 4400 mAh təşkil edəcəyi gözlənilir.
    Paylaş