
Samsung Galaxy M55s 5G-nin təqdimatı anons edilib
Cihazlar+
18.09.2024
Emil
Samsung şirkəti Galaxy M seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Galaxy M55s 5G-dən gedir. Şirkətin vermiş olduğu məlumata əsasən bu yeni smartfon 23 sentyabr tarixində təqdim olunacaq. Samsung artıq təsdiqləyib ki, Galaxy M55s 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcək. Gözləntilərə əsasən smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin bütün texniki imkanları promo foto vasitəsilə məlum olub
Samsung şirkəti yaxın zamanda Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərini təqdim edəcək. İndi isə internetdə bu planşetlərin bütün texniki göstəricilərini özündə birləşdirən promo foto ortaya çıxıb.

Cihazlar+
Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib.

Cihazlar+
Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq
Samsung şirkəti Galaxy S25 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Təqdim ediləcək Galaxy S25 smartfonları Galaxy S seriyasının ən nazik gövdəli smartfonları ola bilərlər.

Cihazlar+
Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F05-dən gedir. Samsung-un bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti hal-hazırda burula bilən ekrana sahib smartfon üzərində çalışır və hazırlanan bu smartfon artıq gələn il satışa çıxa bilər.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
