
REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb
Cihazlar+
20.05.2025
Emil
Xiaomi-nin REDMI brendi öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, REDMI Pad 2-dən gedir. İndi isə internetdə bu yeni planşetin ilk render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, REDMI Pad 2 yastı gövdəni əldə edəcək və onun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək. Planşetin texniki imkanlarına gəldikdə isə məlumatda qeyd edilib ki, REDMI Pad 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunacaq. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışacaq və 4/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Planşet özündə 8 MP-lik arxa kameranı, 5 MP-lik ön kameranı və 18 vatt gücündə sürətli şarj texnologiyalı 9000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən REDMI Pad 2-nin qiyməti 229 avrodan start götürəcək.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan Xiaomi 15S Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Xiaomi dünən növbəti təqdimat tədbirini anons etdi. Şirkətin növbəti təqdimat tədbiri 22 may tarixində Çində baş tutacaq. Bu tarixdə şirkət bir sıra yeni məhsulunu təqdim edəcək.

Elm & Texnologiya
Yeni Xiaomi Xring O1 mobil prosessorunun şirkətə hansı qiymətə başa gəldiyi məlum olub
Çin texnologiya nəhəngi Xiaomi, digər şirkətlərin, xüsusən də Mediatek və Qualcomm-dan olan komponentlər barəsində asılılığını azaltmaq üçün fəal şəkildə işləyir.

Elm & Texnologiya
Xiaomi 15S Pro-nun, Xiaomi Pad 7 Ultra-nın, XRING O1 prosessorunun və Xiaomi YU7 elektromobilinin təqdimatı anons edilib
Xiaomi şirkəti öz yeni məhsullarının təqdimatını anons edib. Beləliklə Xiaomi-nin anonsuna əsasən onun növbəti təqdimatı 22 may tarixində Çində baş tutacaq.

Nəqliyyat
Xiaomi öz elektromobillərini bazarın ən təhlükəsiz elektromobillərinə çevirmək istəyir
Xiaomi şirkətinin rəhbəri və təsisçisi Lei Jun əməkdaşlara müraciəti zamanı təkcə şirkətin 15 illik fəaliyyətinin nəticələrinə toxunmayıb, həm də elektromobil bazarına çıxışı və son nüfuz sarsıntıları ilə bağlı vacib məsələləri gündəmə gətirib.

Cihazlar+
Xiaomi-nin növbəti 7 smartfonunun rəsmi dəstəyi dayandırılıb
Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 7 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
