
Redmi G Pro 2024 gaming noutbuku barəsində məlumatlar ortaya çıxıb
Cihazlar+
08.01.2024
Emil
Xiaomi-nin Redmi brendi hal-hazırda öz yeni gaming noutbuku üzərində çalışır. Söhbət, Redmi G Pro 2024-dən gedir. Məlum olub ki, hazırlanan bu yeni gaming noutbuku Geekbench-in məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində noutbukun bəzi texniki özəllikləri məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Redmi G Pro 2024 gaming noutbuku 14 nüvəli Intel Core i5-14500HX prosessoru vasitəsilə çalışacaq və özündə DDR5 standartlı 16 GB RAM-ı birləşdirəcək. Geekbench-in məlumatlar bazasında noutbukun GeForce RTX 4060 videokartına sahib versiyası əks olunub. Geekbench məlumatlarına əsasən Redmi G Pro 2024 API Vulkan testində 87 385 xal toplayıb. Redmi G Pro 2024-ün bu il ərzində təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
POCO M6 Pro 4G barəsində bəzi rəsmi məlumatlar verilib
Xiaomi-nin POCO brendi 11 yanvar tarixində POCO M6 Pro 4G smartfonunu təqdim edəcək.

Cihazlar+
Redmi Watch 4, Redmi Buds 5 və Redmi Buds 5 Pro-nun qlobal versiyaları təqdimata hazırlaşırlar
Biraz əvvəl xəbər verdik ki, Redmi brendi Redmi Note 13 smartfon seriyasının qlobal versiyasını 15 yanvar tarixində təqdim edəcək.

Cihazlar+
POCO X6 smartfon seriyasının təqdimatı anons edilib
POCO brendi 11 yanvar tarixi üçün yeni büdcəli smartfonunun təqdimatını artıq anons edib.

Cihazlar+
Redmi Note 13-ün qlobal versiyasının yeni təqdimat tarixi elan edilib
Xiaomi-nin Redmi brendi Redmi Note 13 smartfon seriyasının qlobal versiyasının yeni təqdimat tarixini elan edib.

Cihazlar+
Büdcəli POCO M6 Pro 4G smartfonunun təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6 Pro 4G-dən gedir.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
