Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 7 dünyanın ən nazik gövdəli smartfonu ola bilər

    Cihazlar+
    08.05.2025
    Emil
         Ice Universe ləqəbli məşhur insayder Samsung-un yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7 barədə maraqlı məlumat paylaşıb. Onun məlumatına görə, Galaxy Z Fold 7 dünyanın ən nazik smartfonu olacaq. Ice Universe iddia edir ki, cihazın qapalı vəziyyətdə qalınlığı 8.9 mm, açıq vəziyyətdə isə cəmi 3.9 mm olacaq ki, bu da mütləq rekord sayılır. Xatırladaq ki, əvvəlki model olan Galaxy Z Fold 6 müvafiq olaraq 12.1 mm 5.6 mm qalınlığa malik idi. Hazırda isə ən nazik cihaz hesab olunan Çin istehsalı OPPO Find N5 modeli açıq vəziyyətdə 4.2 mm, qapalı halda isə 8.9 mm qalınlığa malikdir. Lakin bu cür kompaktlığa görə istifadəçilər daha kiçik batareya ilə razılaşmalı olacaqlar - Ice Universe-in məlumatına əsasən, Galaxy Z Fold 7-nin batareyası 4400 mAh tutumunda olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    qiymeti-800-1000-etrafinda-olan-samsung-galaxy-a56-neleri-bacarir
    Cihazlar+

    Qiyməti 800-1000 ətrafında olan Samsung Galaxy A56 nələri bacarır? (VİDEO)

    Samsung-un A seriyasındakı yeni modeli Galaxy A56, dizayn, ekran və sistem sabitliyi baxımından sələfi A55-dən bir neçə önəmli fərqlə seçilir. Cihaz daha incə, premium materiallardan hazırlanmış gövdəyə və flaqmanlara yaxın arxa kamera dizaynına sahibdir.
    samsung-qatlana-bilen-galaxy-z-fold-7-ve-z-flip-7-smartfonlarinin-istehsalina-start-verib
    Cihazlar+

    Samsung qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarının istehsalına start verib

    İnternetdə dəfələrlə 2025-ci ildə Samsung tərəfindən qatlana bilən Galaxy Z Fold 7 və Galaxy Z Flip 7 smartfonlarının satışa çıxacaqları ilə bağlı məlumatlar yayılıb.
    samsung-qlobal-smartfon-bazarindaki-liderliyini-geri-qaytarib
    Tech-Biznes

    Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

    Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
    samsung-galaxy-z-fold-7-birinci-nesil-galaxy-fold-dan-2-defe-daha-nazik-ola-biler
    Cihazlar+

    Samsung Galaxy Z Fold 7 birinci nəsil Galaxy Fold-dan 2 dəfə daha nazik ola bilər

    Samsung yeni bir rekorda imza atmağı planlaşdırır - Galaxy Z Fold 7 bazarda ən nazik qatlana bilən smartfon ola bilər.
    gemini-nin-galaxy-cihazlarina-onceden-qurasdirilmasi-ucun-google-samsung-a-kulli-miqdarda-vesait-odeyirmis
    Tech-Biznes

    Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

    Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib.