
Qatlana bilən qapaqlı Motorola Razr 2025 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
11.04.2025
Emil
Motorola rəsmi olaraq qatlana bilən qapaqlı Motorola Razr 2025 smartfon seriyasının təqdimatını anons edib. Şirkətin rəsmi elanına əsasən sözügedən smartfon seriyası 24 aprel tarixində təqdim ediləcək. Yeni modellərlə bağlı bir neçə məlumat sızıntısından sonra şirkət hələ ki, çoxlu detal açıqlamayıb, lakin artıq gələcək cihazların bəzi əsas xüsusiyyətlərinə işarə edən təqdimat videosu yayımlanıb. Əsas dəyişikliklərdən biri - yeni Snapdragon 8 Elite prosessorudur. Bu, əvvəlki modellərlə müqayisədə performansı əhəmiyyətli dərəcədə artıracaq və cihazları son Samsung Galaxy Flip 6 ilə rəqabət aparmaq səviyyəsinə çatdıracaq.
Gözlənilir ki, yeni Razr modelləri daha güclü texniki göstəricilərlə təchiz olunacaq - o cümlədən 12 GB-a qədər RAM yaddaşı və 512 GB daxili yaddaşla. Yeni seriyada bir neçə rəng variantı təqdim olunacaq - bunlara parlaq çəhrayı və taxta naxışlı örtük də daxildir, bu isə artıq X platformasında yayımlanan tizerdə göstərilib. Bundan əlavə, Razr və Razr Plus modelləri ilə yanaşı, yeni bir Ultra modelinin də təqdim olunacağı istisna edilmir, baxmayaraq ki, təqdim ediləcək modellərin dəqiq sayı hələ məlum deyil. Motorola Razr 2025 seriyasına aid smartfonlar həmçinin 4700 mAh tutumunda təkmilləşdirilmiş batareya və 68 vatt gücündə sürətli şarj texnologiyası dəstəyi ilə gələcəklər.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli Moto G Stylus 2025 smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G Stylus 2025-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib.

Cihazlar+
Motorola Razr 60 Ultra-nın render fotoları təqdim edilib
Motorola şirkəti keçən ilin iyun ayında qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra smartfonunu təqdim etmişdi. İndi isə şirkət Motorola Razr 60 Ultra-nın təqdimatına hazırlaşır.

Cihazlar+
Orta büdcəli Motorola Edge 60 Fusion təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Motorola Edge 60 Fusion-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Motorola Edge 60 Fusion-un promo render fotolarını təqdim edib
Motorola şirkəti orta büdcəli Motorola Edge 60 Fusion smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk promo render fotolarını təqdim edib.

Cihazlar+
Motorola Razr Ultra 2025 smartfonu Geekbench testlərindən keçib
Motorola şirkəti bu il ərzində qatlana bilən qapaqlı Motorola Razr Ultra 2025 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
