Logo
    main-post-cover

    Qandakı şəkəri ölçə biləcək Apple Watch 2027-ci ilə qədər təqdim oluna bilər

    Cihazlar+
    18.06.2025
    Emil
         GF Securities analitiki Jeff Pu-nun təqdim etmiş olduğu məlumata əsasən Apple 2027-ci ilə qədər qandakı şəkər səviyyəsini ölçə bilən Apple Watch modelini təqdim edə bilər. Bu, xüsusilə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün taxıla bilən cihazların inkişafında böyük əhəmiyyət daşıyan mühüm addım olacaq. Çünki bu istifadəçilər daim qandakı şəkər səviyyəsini izləməyə məcburdurlar.
         Lakin funksiyanın necə reallaşdırılacağı ilə bağlı dəqiq detallar hələlik müəmmalı olaraq qalır. Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Apple bu məqsədlə bir sensor prototipi hazırlayıb və həmin prototip “proof of concept" mərhələsinə çatıb, yəni işlək olduğu sübuta yetirilib. Ancaq əsas problem bu avadanlığın ölçüsüdür. O, mövcud Apple Watch gövdələri üçün həddindən artıq böyükdür.
         Bu, xüsusilə daha iri olsa da məhdud daxili sahəyə sahib Ultra versiyaları üçün daha ciddi problemdir. Bununla yanaşı, Vision Air və yeni ağıllı eynəyin mümkün təqdimatı ilə bağlı da məlumatlar yayılıb. Bu isə 2027-ci ilin Apple üçün sağlamlıq və artırılmış reallıq sahəsindəki ekosisteminin inkişafında açar il ola biləcəyini göstərir. Lakin bu məhsulların heç biri hələlik rəsmi şəkildə təsdiqlənməyib, buna görə də bu məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur.
    Paylaş
    Bənzər xəbərlər
    los-anceles-etirazlarinda-ogurlanmis-iphone-lar-axtaris-trekerine-cevrilib
    Cihazlar+

    Los-Anceles etirazlarında oğurlanmış iPhone-lar axtarış trekerinə çevrilib

    Los-Ancelesdə son kütləvi etirazlar və iğtişaşlar zamanı şəhər mərkəzində yerləşən Apple-ın rəsmi mağazası qarət edilib. Lakin oğrular ciddi şəkildə məyus olublar.
    iphone-xs-smartfonu-vintaj-cihazlar-siyahisina-daxil-edilib
    Cihazlar+

    iPhone XS smartfonu vintaj cihazlar siyahısına daxil edilib

    Apple rəsmi olaraq iPhone XS modelini vintaj cihazlar siyahısına daxil edib. Şirkətin qaydalarına görə, hər hansı bir cihazın satışdan çıxarılmasından 5 il keçdikdə ona bu status verilir.
    tekmillesdirilmis-siri-gelen-ilin-yaz-fesli-ucun-gozlenilir
    Proqram Təminatı

    Təkmilləşdirilmiş Siri gələn ilin yaz fəsli üçün gözlənilir

    Siri səsli köməkçisi üçün nəzərdə tutulmuş bütün süni zəka funksiyalarının həyata keçirilməsi Apple şirkəti üçün hələ də çətin və həssas mövzu olaraq qalır. Çünki bu funksiyaların tətbiqini Apple ötən ildən, iPhone 16-nın təqdimatına hazırlıq mərhələsində planlaşdırırdı.
    ios-26-da-usaqlar-valideynlerin-icazesi-olmadan-kenar-sexslerle-unsiyyet-qura-bilmeyecekler
    Proqram Təminatı

    iOS 26-da uşaqlar valideynlərin icazəsi olmadan kənar şəxslərlə ünsiyyət qura bilməyəcəklər

    Apple WWDC 2025 konfransında iOS 26, iPadOS 26, macOS 26 Tahoe, watchOS 26, visionOS 26 və tvOS 26 əməliyyat sistemlərinə daxil ediləcək yeni valideyn nəzarəti funksiyalarını elan edib.
    ios-26-nin-kohne-iphone-larda-calismayacaq-funksiyalari-aciqlanib
    Proqram Təminatı

    iOS 26-nın köhnə iPhone-larda çalışmayacaq funksiyaları açıqlanıb

    Bu həftə Apple iPhone üçün bir sıra yeniliklər gətirəcək iOS 26 əməliyyat sistemini təqdim etdi. Ən diqqətçəkən dəyişiklik Liquid Glass üslubunda olan yenilənmiş dizayn olacaq və bu dizayn yeni platformanı dəstəkləyən bütün iPhone modellərində tətbiq olunacaq.