Logo
    main-post-cover

    Pixel 10 artıq iPhone-larla AirDrop vasitəsilə fayl paylaşa bilir

    Cihazlar+
    21.11.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google gözlənilməz addım ataraq Pixel 10 seriyasında Android Quick Share funksiyasını iPhone-un AirDrop sistemi ilə uyğunlaşdırdığını açıqlayıb. Bu yenilik sayəsində iki platforma arasında foto və fayl göndərmək xeyli asanlaşacaq.
        Google-un texniki bloqunda paylaşdığı məlumatlara görə, proses Quick Share-in mövcud iş prinsipi kimi işləyir. Bunun üçün fayl qəbul edəcək Apple cihazında iPhone, iPad və ya Mac AirDrop görünürlüyü “Everyone for 10 minutes” seçiminə gətirilməlidir. Bu halda kontaktlarınızda olmayan insanlar da sizinlə paylaşım başlada bilər. Bu ayarı aktiv etdikdən sonra Pixel 10 istifadəçisi öz cihazından paylaşım edərkən həmin Apple cihazını siyahıda görə biləcək.
        Google bildirir ki, bu uyğunluq təkcə göndərməyə yox, həm də qəbul etmə prosesinə aiddir. Yəni Apple cihazları AirDrop vasitəsilə Android telefonlara da fayl göndərə biləcək. Bunun üçün Android tərəfində Quick Share görünürlüyü “Everyone for 10 minutes” olaraq seçilməli və ya Quick Share səhifəsində “qəbul et” rejimi aktiv olmalıdır.
        Funksiya yalnız Pixel 10 seriyası üçün istifadəyə verilsə də, Google gələcəkdə digər Android cihazlarına da dəstək əlavə etməyi planlaşdırır. Apple-ın hələlik mövzu ilə bağlı açıqlama vermədiyi qeyd olunub.
    Paylaş
    Bənzər xəbərlər
    google-pixel-10-pixel-10-pro-ve-pixel-10-pro-xl-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ

    Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 10 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil olublar.
    google-gecikdirilen-yenilenmis-siri-movzusunda-apple-sirketini-trollayib
    Cihazlar+

    Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb

    Google Pixel 10-un təqdimatına təxminən 2 həftə qalıb. Bu hadisə ərəfəsində İT nəhəngi “Google Pixel 10 | Soon” adlı tizer video yayımlayıb və bu videoda, digər məqamlarla yanaşı, Apple da istehza ilə tənqid olunub.
    google-pixel-10-smartfon-seriyasinin-resmi-teqdimat-tarixi-aciqlanib
    Cihazlar+

    Google Pixel 10 smartfon seriyasının rəsmi təqdimat tarixi açıqlanıb

    Google şirkəti Pixel 10 smartfon seriyasının təqdimat tarixini təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyası Made by Google tədbiri çərçivəsində təqdim olunacaq.
    google-pixel-10-un-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 10-un ilk render fotoları təqdim edilib

    Google şirkəti bu ilin ikinci yarısında Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 10 olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Pixel 10 smartfonunun ilk render fotolarını təqdim edib.
    google-pixel-10-smartfon-seriyasi-baresinde-ilk-melumatlar-ortaya-cixib
    Cihazlar+

    Google Pixel 10 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıb

    Google şirkəti avqust ayının əvvəlində Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya 4 model daxil oldu. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. İndi isə şirkət Pixel 10 smartfon seriyası üzərində çalışır.