
Philips Evnia 27M2N3800A gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.07.2025
Emil
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3800A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və iki ədəd stereo səsgücləndiricini birləşdirir. Philips Evnia 27M2N3800A bu ay ərzində satışa çıxacaq və onun qiyməti 360 avro təşkil edəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Philips 32M3C3540 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 32M3C3540 adlanır.

Cihazlar+
Philips Evnia 27M2N3501PA gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3501PA adlanır.

Cihazlar+
Philips 27M2N8500X gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 27M2N8500X adlanır. Sözügedən yeni monitor yüksək təsvir yenilənməsinə sahib ekranı ilə seçilir.

Cihazlar+
Büdcəli Philips 27M2N3500UK gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 27M2N3500UK adlanır.

Cihazlar+
Kiberidmançılar üçün Philips Evnia 25M2N5200U gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti kiberidmançılar üçün nəzərdə tutulmuş yeni gaming monitorunu təqdim edib. Bu yeni monitor Philips Evnia 25M2N5200U adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
