
Orta büdcəli Vivo Y31 Pro 5G təqdim edilib
Cihazlar+
15.09.2025
Emil
Vivo şirkəti Vivo Y31 5G ilə yanaşı onun Pro versiyasını da təqdim edib. Bu model də orta büdcəli smartfonlar seqmentinə aiddir. Smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y31 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1050 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə nəmişlikdən və tozdan qorunma özəlliyinə sahibdir. Üstəlik gövdə MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y31 Pro 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y31 Pro 5G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli Vivo Y31 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti orta büdcəli Vivo Y31 5G smartfonunu təqdim edib. Bu yeni smartfon orta ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli Vivo Y500 smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti orta büdcəli Vivo Y500 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MedaiTek Dimensity prosessorunu və 8000 mAh-dan böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli Vivo T4 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo T4 Pro-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Vivo Vision qarışıq reallıq cihazı təqdim edilib
Vivo özünün Vision adlı ilk qarışıq reallıq (MR) cihazını təqdim edib. Cihazın çəkisi cəmi 398 qramdır və olduqca yüngüldür. Müqayisə üçün, Apple Vision Pro-nun çəkisi 600 qramdan çoxdur.

Cihazlar+
Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo G3 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
