Logo
    main-post-cover

    Orta büdcəli Vivo T4R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.07.2025
    Emil
         Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo T4R 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Vivo T4R 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.
         Smartfon MediaTek Dimensity 7400 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo T4R 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo T4R 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 222$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Tech-Biznes

    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

    Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
    qatlana-bilen-vivo-x-fold-5-smartfonu-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Qatlana bilən Vivo X Fold 5 smartfonu təqdim olunub - QİYMƏTİ

    Vivo şirkəti öz yeni qatlana bilən smartfonu Vivo X Fold 5-i təqdim edib. Təqdim edilmiş bu yeni qatlana bilən smartfon olduqca yüngül və nazik konstruksiyaya sahibdir.
    budceli-vivo-t4-lite-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Vivo şirkəti büdcəli Vivo T4 Lite 5G smartfonunu təqdim edib. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    kompakt-olculu-vivo-x200-fe-smartfonu-teqdim-edilib
    Cihazlar+

    Kompakt ölçülü Vivo X200 FE smartfonu təqdim edilib

    Vivo şirkəti yeni kompakt ölçülü smartfonunu təqdim edib. Söhbət, Vivo X200 FE smartfonundan gedir. Sözügedən smartfon kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib
    Proqram Təminatı

    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

    Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.