Logo
    main-post-cover

    Orta büdcəli Sony Xperia 10 VII smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.09.2025
    Emil
         Sony şirkəti orta büdcəli Xperia 10 VII smartfonunu təqdim edib. Bu yeni smartfon kompakt ölçülü ekranı, Snapdragon prosessorunu və orta həcmli batareyanı əldə edib. Smartfon xarici görünüşcə Sony-nin daha öncəki smartfonlarından az fərqlənir. O, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Onun gövdəsi isə IPX5/IPX8 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (2 TB-a kim microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xperia 10 VII özündə 50 MP + 13 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 10 VII bu ayın sonuna yaxın satışa çıxacaq və onun qiyməti 449 avro təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər
    sony-xperia-10-vii-in-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib
    Cihazlar+

    Sony Xperia 10 VII-in render fotoları və texniki imkanları ortaya çıxıb

    Sony Xperia smartfon seriyasında yeni modelin təqdimatına hazırlaşır. Söhbət, Sony Xperia 10 VII-dən gedir. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb.
    sony-smartfon-bazarindan-ayrilmaq-niyyetinde-deyil
    Cihazlar+

    Sony smartfon bazarından ayrılmaq niyyətində deyil

    Hazırda Sony Xperia smartfonları dünya bazarında yalnız kiçik bir paya sahibdir və şirkət bu sahənin perspektivlərinə o qədər də əmin deyil.
    sony-cox-guman-ki-smartfon-bazarindan-getmeye-hazirlasir
    Cihazlar+

    Sony çox güman ki, smartfon bazarından getməyə hazırlaşır

    Sony, böyük ehtimalla, smartfon bazarından tamamilə çəkilməyə doğru irəliləyir. Android Authority-nin yazdığına görə, Avropa bazarında brendin geri çəkilməsinin açıq əlamətləri müşahidə olunur.
    sony-nin-yeni-portativ-oyun-konsolunun-bezi-texniki-imkanlari-aciqlanib
    Cihazlar+

    Sony-nin yeni portativ oyun konsolunun bəzi texniki imkanları açıqlanıb

    Son zamanlarda ortaya çıxmış məlumatlara inansaq, Sony şirkəti yeni portativ oyun konsolu üzərində çalışır. İndi isə insayderlər hazırlanan bu portativ oyun konsolunun texniki imkanları barəsində bəzi təfərrüatları təqdim ediblər.
    sony-bundan-sonra-xperia-smartfonlarini-ozu-istehsal-etmeyecek
    Cihazlar+

    Sony bundan sonra Xperia smartfonlarını özü istehsal etməyəcək

    Sony artıq Xperia martfonlarını müstəqil şəkildə istehsal etməyəcək. Mövcud məlumatlara görə, şirkət daha əvvəl bu cihazların istehsal olunduğunu göstərdiyi Tayland və Çin zavodlarının saytlarından “smartfonlar” bölməsini silib.