
Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.05.2025
Emil
Motorola şirkəti Moto G seriyasının yeni orta büdcəli modelini təqdim edib. Söhbət, Moto G56 5G-dən gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə Moto G56 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7060 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon Moto G56 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G56 5G artıq satışa çıxıb və onun qiyməti 250 avro təşkil edir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G smartfon seriyasının yeni modellərini təqdim edib. Söhbət, Moto G86 və G86 Power-dən gedir. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birilərinə bənzəyirlər.

Cihazlar+
Hazırlanan Moto G96-nın render fotoları və texniki imkanları ortaya çıxıb
Motorola şirkəti Moto G smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Moto G96-dan gedir. İnternetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb.

Cihazlar+
Moto G86 5G smartfonunun dizaynı və texniki imkanları təqdim olunub
Motorola şirkəti Moto G86 5G adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Evleaks ləqəbli məşhur insayder təqdimata hazırlaşan bu yeni smartfonun xarici görünüşünü sərgiləyib və onun texniki imkanlarını açıqlayıb.

Cihazlar+
Moto Watch Fit smart saatı təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti Moto Watch Fit adlı yeni smart saatını təqdim edib. Şirkətin bu yeni smart saatı 1.9 düym ölçülü AMOLED ekranla təchiz olunub.

Cihazlar+
Qatlana bilən qapaqlı Motorola Razr 60 və Razr 60 Ultra təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti Edge 60 və Edge 60 Pro smartfonları ilə yanaşı həmçinin yeni qatlana bilən qapaqlı smartfonlarını da təqdim edib. Söhbət, Motorola Razr 60 və Razr 60 Ultra-dan gedir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
