
Orta büdcəli Lenovo ThinkVision T24-40 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.05.2025
Emil
Lenovo şirkəti media fayllar ilə çalışmaq və ofis işləri üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Lenovo ThinkVision T24-40 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor HDMI 1.4, DisplayPort 1.2, VGA, USB-B 3.2 Gen 1 və USB-A 3.2 Gen 1 girişlərini əldə edib. Lenovo ThinkVision T24-40 artıq Çində satışa çıxıb və onun qiyməti 151$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Lenovo Legion Y700 (2025) gaming planşetinin əsas texniki imkanları rəsmi şəkildə açıqlanıb
Lenovo şirkəti yaxın zamanda öz yeni gaming planşetini təqdim edəcək. Söhbət, 4-cü nəsil Lenovo Legion Y700 planşetindən gedir. İndi isə şirkət sözügedən planşetin əsas texniki imkanlarını rəsmi şəkildə açıqlayıb.

Cihazlar+
Lenovo Legion Y700 (2025) gaming planşeti təqdimata hazırlaşır
Lenovo yeni nəsil gaming planşeti olan Legion Y700 (2025) modelini anons edib. Bu cihaz ötən ilki modelin yenilənmiş versiyası olacaq.

Cihazlar+
Büdcəli Lenovo Lecoo B2721-3 monitoru təqdim edilib
Lenovo yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru Lenovo Lecoo B2721-3 adlanır.

Cihazlar+
Lenovo Legion R34w-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti daha bir gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu ikinci gaming monitor Lenovo Legion R34w-30 adlanır.

Cihazlar+
Professionallar üçün Lenovo ThinkVision P27QD-40 monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor Lenovo ThinkVision P27QD-40 adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
