
OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
15.05.2024
Emil
OnePlus şirkəti hal-hazırda özünün Nord seriyasının iki yeni smartfonunun təqdimatına hazırlaşır. Söhbət, OnePlus Nord 4 və Nord CE 4 Lite modellərindən gedir. İnsayderlər OnePlus Nord seriyasının bu yeni smartfonlarının nə zaman təqdim olunacaqlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları artıq gələn ay qlobal bazarda təqdim olunacaqlar.
Son məlumatlara əsasən OnePlus Nord 4 smartfonu Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. OnePlus Nord CE 4 Lite smartfonuna gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və Snapdragon 695 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı OnePlus Nord CE 4 Lite modeli 50 MP + 2 MP ikili arxa kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə etməlidir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 3 Pro smartfonu bütün OnePlus smartfonları arasında ən böyük həcmli batareyanı əldə edəcək
Biz dəfələrlə məlumat vermişik ki, OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonu üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus tərəfindən hazırlanan bu yeni smartfonun batareya həcmi barəsində məlumat verib.

Cihazlar+
OnePlus 13 ilə OnePlus 13R-in arxa panel dizaynları sərgilənib
OnePlus şirkəti bu ilin sonunda OnePlus 13-ü, gələn ilin əvvəlində isə OnePlus 13R-i təqdim etməlidir. İndi isə insayderlər bu smartfonbların arxa panel dizaynlarını əks etdirən fotonu təqdim ediblər.

Cihazlar+
OnePlus Pad 2 planşetinin əsas texniki imkanları açıqlanıb
OnePlus şirkəti keçən il öz ilk planşeti olan OnePlus Pad-i təqdim etmişdi. Artıq məlumdur ki, şirkət növbəti planşeti üzərində çalışır.

Cihazlar+
Android 15-i əldə edəcək OnePlus cihazlarının siyahısı təqdim edilib
OnePlus şirkəti bu il ərzində istifadəyə veriləcək Android 15 əsaslı OxygenOS 15 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını təqdim edib.

Cihazlar+
OnePlus 13-ün dizaynı ortaya çıxıb
OnePlus şirkəti bu ilin ikinci yarısında OnePlus 13 flaqman smartfonunu təqdim etməlidir. İndi isə bu smartfonun dizaynı ilə bağlı məlumat ortaya çıxıb.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
