
Nothing-in CMF brendinin yeni smartfonunun adı və təqdimat tarixi elan edilib
Cihazlar+
07.04.2025
Emil
Nothing şirkətinin CMF adlı brendi hələ təqdim olunmamış yeni smartfonuynun ilk tizerini keçən həftə paylaşdı. İndi isə Nothing şirkəti rəsmi şəkildə CMF-nın yeni smartfonunun nə zaman təqdim olunacağını açıqlayıb. Üstəlik smartfonun necə adlanacağı da məlum olub. Daha öncə güman olunurdu ki, CMF-nın yeni smartfonu CMF Phone 2 adını əldə edəcək. Lakin Nothing-in anonsundan da görmək olar ki, brendin növbəti smartfonu CMF Phone 2 Pro adlanacaq. Şirkət tərəfindən təqdim olunmuş posterdə qeyd edilmiş məlumata əsasən CMF Phone 2 Pro smartfonu 28 aprel tarixində təqdim olunacaq. Smartfonun texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Lakin posterdəki dairələrdən belə qənaətə gəlmək olar ki, CMF Phone 2 Pro özündə üçlü arxa kameranı birləşdirəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Nothing-in CMF brendi öz yeni smartfonunun ilk tizerini paylaşıb
Nothing şirkətinin CMF brendi 2023-cü ildə qulaqlıqlar, ağıllı saatlar və ifadəli dizayna malik digər aksesuarlarla münasib qiymətə bazara çıxmışdı. 2024-cü ildə isə brendin ilk smartfonu CMF Phone 1 təqdim olundu - bu cihaz bir növ unikal və eyni zamanda sərfəli idi.

Cihazlar+
Nothing-in CMF subbrendinin hələ təqdim edilməmiş smartfonunun real fotosu təqdim edilib
Reddit istifadəçilərindən biri Nothing şirkətinin subbrendi qismində çıxış edən CMF-nın hələ rəsmi şəkildə təqdim olunmamış yeni smartfonunun real fotosunu təqdim edib.

Cihazlar+
Nothing Phone (3a) və Phone (3a) Pro təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti qlobal bazarda Nothing Phone (3a) və Phone (3a) Pro smartfonlarını təqdim edib. Nothing-in bu yeni smartfonları xarici görünüşcə bir-birilərindən bir qədər fərqlənsələr də, texniki imkanlar baxımından onlar eynidirlər. Hər iki smartfon yastı gövdə dizaynını əldə edib.

Cihazlar+
Nothing Phone (3a) və Phone (3a) Pro-nun render fotoları təqdim edilib
Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Nothing Phone (3a) ilə yanaşı Nothing Phone (3a) Pro da daxil olacaq.

Cihazlar+
Təqdimata hazırlaşan Nothing Phone (3a) Pro smartfonu Geekbench testlərindən keçib
Nothing şirkəti 4 mart tarixində Nothing Phone (3a) smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Nothing Phone (3a) ilə yanaşı Phone (3a) Pro modeli də daxil olacaq.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
