Logo
    main-post-cover

    Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb

    Cihazlar+
    04.06.2025
    Emil
         Samsung ümid edirdi ki, nazik gövdəli Galaxy S25 Edge smartfonu bazarı canlandıracaq və şirkət üçün yeni gəlir mənbəyi yaradacaq. Lakin əslində bu modelin satışa çıxarılması uğursuzluqla nəticələnə bilər. Sənaye mənbələrinin məlumatlarına əsasən smartfonun satışları gözləntilərdən aşağıdır. Samsung Galaxy S25 Edge şirkəti qane edəcək qədər geniş auditoriya cəlb edə bilməyib və bu model artıq uğursuz təcrübə statusuna yaxınlaşır. Samsung demək olar ki, hər bir neçə gündən bir, bu cihaz üçün öncədən sifariş verənlərə əlavə bonuslar təklif etməyə başlayıb.
         Potensial alıcılar üçün bu, əlbəttə ki, xoşdur, lakin bu cür addımlar adətən öncədən sifarişlərin ilkin göstəricilərinin çox zəif olduğunu göstərir - heç olmasa, bəzi bazarlarda. Bu göstəricilər o qədər aşağı olub ki, Samsung artıq ilk 2 həftədə belə ön sifariş bonuslarını artırmaq məcburiyyətində qalıb. Galaxy S25 Edge modelinin Koreya bazarında rəsmi satışa çıxmasından sonra Samsung ilkin satış göstəricilərini açıqlamadı. Bu, cihazın uğursuzluğu üçün qəti sübut sayılmasa da, Samsung üçün qeyri-adi haldır. İndi isə mənbələr açıq şəkildə bildirirlər ki, istifadəçilərin nazik smartfona marağı şirkətin gözləntilərindən aşağı olub.
         Digər tərəfdən, Galaxy S25 Edge-in satışları hələ yeni başlayıb, və istifadəçilər cihazın güclü tərəflərini tam dərk etməyə vaxt tapmayıblar. Ola bilsin ki, gələcəkdə vəziyyət düzələ bilər, xüsusilə nəzərə alsaq ki, Samsung səxavətli endirimlər təqdim etməyə hazırdır. Üstəlik, nazik gövdəsinə baxmayaraq o, gözləniləndən daha davamlı çıxıb. Lakin əgər satışlar doğrudan da çox zəif davam edərsə, Galaxy S25 Edge Samsung-un tarixində unudulmuş bir səhifəyə çevrilə bilər. Amma satışların zəifliyi bu cihazın alınmasına qarşı ciddi arqument hesab olunmamalıdır. Çünki bəzən nadir cihazlar məhz öz fərqliliyi ilə dəyərli olur.
    Paylaş
    Bənzər xəbərlər
    samsung-oz-yeni-qatlana-bilen-smartfonunun-ilk-tizerini-teqdim-edib
    Cihazlar+

    Samsung öz yeni qatlana bilən smartfonunun ilk tizerini təqdim edib

    Samsung şirkəti yeni qatlana bilən smartfonunun ilk rəsmi tizerini yayımlayıb. Animasiyadan və onu müşayiət edən mətndən belə görünür ki, bu cihaz yeni ad ilə təqdim oluna və ya hətta şirkətin cihazlar seriyasında yeni kateqoriyaya keçid edə bilər
    2-il-erzinde-aktivlik-sergilemeyen-samsung-hesablari-iyulun-sonunda-silinecekler
    Proqram Təminatı

    2 il ərzində aktivlik sərgiləməyən Samsung hesabları iyulun sonunda silinəcəklər

    Samsung şirkəti elan edib ki, iyul ayında istifadə olunmayan Samsung hesablarını siləcək. Söhbət, son 2 il ərzində giriş edilməmiş Samsung hesablarından gedir.
    oz-smartfonlarini-ferdi-sekilde-istehsal-eden-yegane-sirket-samsung-olaraq-qaldi
    Cihazlar+

    Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı

    Sony uzun müddət smartfonları yalnız öz resursları ilə istehsal edirdi, lakin indi bu praktikadan imtina edərək istehsalı üçüncü tərəf şirkətlərə həvalə edib. Beləliklə, tam istehsal dövrünə malik yeganə qlobal smartfon brendi olaraq yalnız Cənubi Koreyanın Samsung şirkəti qalıb.
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub
    Tech-Biznes

    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub

    Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.
    donald-trump-in-25-lik-gomruk-rusumu-apple-ile-yanasi-samsung-a-da-samil-oluna-biler
    Tech-Biznes

    Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər

    Keçən həftə ABŞ prezidenti Donald Trump bəyan etdi ki, əgər Apple şirkəti iPhone smartfonlarının istehsalını ABŞ ərazisində təşkil etməzsə, bu məhsullara 25% rüsum tətbiq ediləcək. İndi isə məlum olub ki, istehsalı ABŞ-a köçürməyə təkan verən bu tədbir yalnız Apple-a deyil, daha geniş istehsalçılar qrupuna, o cümlədən Samsung Electronics-ə də şamil oluna bilər.