Logo
    main-post-cover

    Meta jestlərlə kompüteri idarə etməyə imkan verəcək qolbaq üzərində çalışır

    Cihazlar+
    24.07.2025
    Emil
         Meta Platforms şirkətindən olan tədqiqatçılar kompüterə jestlər vasitəsilə nəzarət etməyə imkan verəcək qolbaq üzərində çalışırlar. Bu cihaz vasitəsilə siçan kursorunu hərəkət etdirmək, tətbiqləri işə salmaq və havada sanki karandaşla yazılmış mesajları göndərmək mümkün olacaq. Meta-nın qolbağı səthi elektromioqrafiya (sEMG) texnologiyasından istifadə edir. Bu texnologiya istifadəçinin hərəkətlərini şərh etmək üçün əzələ aktivliyi nəticəsində yaranan elektrik siqnallarını tanıyır. Bu siqnallar cihazın insanın hərəkət etməsindən əvvəl belə onun nə edəcəyini müəyyənləşdirməsinə imkan verir. Qolbaq əsasən hərəkət imkanları məhdud olan insanlar üçün kompüterlə rahat ünsiyyət qurmağa imkan verən bir vasitə kimi hazırlanır.
         Şirkət Karnegi Mellon Universiteti ilə əməkdaşlıq edərək qolbağın onurğa beyni zədələnmiş insanlar üzərində testlərini həyata keçirir. Bu sayədə həmin şəxslər kompüterlərlə ünsiyyət qurmaq imkanı əldə edirlər. Tədqiqatçıların məlumatına görə, hətta qolları tam iflic olmuş insanlarda belə müəyyən əzələ aktivliyi müşahidə olunur. Məhz bu aktivlik sayəsində qolbaq onların etmək istədikləri hərəkətləri şərh edə bilir. Bu qolbaq Neuralink kimi ağır iflic halları üçün nəzərdə tutulmuş beyin implantlarına nisbətən daha sadə alternativdir. Neuralink çipi insan beyninə cərrahi yolla yerləşdirildiyi halda, Meta-nın qolbağından istifadə üçün heç bir əməliyyata ehtiyac yoxdur. Cihazın nə zaman geniş istifadəyə veriləcəyi hələ ki məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər
    meta-suni-intellekt-mutexessisine-125-milyard-dollar-teklif-edib
    Süni İntellekt

    Meta süni intellekt mütəxəssisinə 1.25 milyard dollar təklif edib

    Süni intellekt sahəsində ən yaxşı kadrlar uğrunda mübarizə getdikcə daha da sərtləşir. Abel startapının həmtəsisçisi Daniel Francis sosial şəbəkələrdə Meta şirkətinin süni intellekt üzrə aparıcı mütəxəssislərdən birini işə cəlb etməyə çalışdığını açıqlayıb.
    meta-apple-in-daha-iki-suni-zeka-mutexessisini-ozune-celb-edib
    Tech-Biznes

    Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib

    Meta süni zəka bölməsini gücləndirməyə davam edir və Apple şirkətindən daha iki əsas mütəxəssisi - Mark Lee və Tom Gunter-i öz komandasına cəlb edib.
    facebook-keyfiyyetsiz-ve-dige
    Sosial Media

    Facebook keyfiyyətsiz və digərlərinin kontentlərindən istifadə edən hesabları bloklayacaq

    Meta şirkəti öz platformalarında keyfiyyətsiz və yoxlanılmamış kontentin yayılmasına qarşı yeni tədbirlər elan edib. Xüsusilə, şirkət mütəmadi olaraq orijinal olmayan və ya başqa mənbələrdən götürülmüş kontent paylaşan hesablarla mübarizəni gücləndirəcək.
    mark-zuckerberg-superzekanin-yaradilmasina-milyardlarla-dollar-serf-edecek
    Süni İntellekt

    Mark Zuckerberg superzəkanın yaradılmasına milyardlarla dollar sərf edəcək

    Meta Platforms şirkətinin baş direktoru Mark Zuckerberg süni zəka sahəsinə böyük investisiyalar ayıracağını elan edib. Şirkət 100 milyardlarla dollar vəsait xərcləyərək bir neçə böyük məlumat emalı mərkəzi inşa etməyi və süni zəka sahəsində istedadlı mühəndislərdən ibarət komanda yaratmağı planlaşdırır.
    meta-200-milyon-dollara-apple-in-suni-zeka-rehberini-ozune-celb-edib
    Tech-Biznes

    Meta 200 milyon dollara Apple-ın süni zəka rəhbərini özünə cəlb edib

    Bu həftə məlum olub ki, Meta daha əvvəl Apple şirkətində süni zəka modellərinin hazırlanması üzrə şöbəyə rəhbərlik etmiş Ruoming Pang-ı öz komandasına cəlb etməyə nail olub.