Logo
    main-post-cover

    Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil
         REDMI brendi REDMI K80 Ultra flaqman smartfonu ilə yanaşı REDMI K Pad adlı kompakt ölçülü planşetini təqdim edib. Kompakt ölçüyə sahib olmasına baxmayaraq bu yeni planşet flaqman imkanları əldə edib. Beləliklə REDMI K Pad planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3008x1880 piksel keyfiyyətli 8.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir və üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Planşetin çəkisi 326 qram, gövdə qalınlığı isə 6.46 mm təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12/16 GB daxili yaddaş həcmi ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI K Pad özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI K Pad artıq Çində satışa çıxıb və onun qiyməti 390$-dan start götürür.
     
    Paylaş
    Bənzər xəbərlər
    redmi-k80-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Xiaomi-nin REDMI brendi öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, REDMI K80 Ultra-dan gedir. Bu yeni flaqman smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ

    Xiaomi şirkəti qatlana bilən qapaqlı MIX Flip 2 smartfonunu təqdim edib. Bu yeni smartfon xarici görünüşcə ümumilikdə birinci nəsil MIX Flip-dən fərqlənmir. Yeni qatlana bilən qapaqlı smartfon iki ədəd ekranı və flaqman Snapdragon prosessorunu əldə edib.
    xiaomi-smart-band-10-agilli-qolbaginin-ilk-resmi-render-fotosu-teqdim-edilib
    Cihazlar+

    Xiaomi Smart Band 10 ağıllı qolbağının ilk rəsmi render fotosu təqdim edilib

    Xiaomi sabah Smart Band 10 ağıllı qolbağını təqdim edəcək. Təqdimatdan bir gün əvvəl isə şirkət bu ağıllı qolbağın ilk rəsmi render fotosunu təqdim edib.
    qlobal-bazarda-poco-f7-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Qlobal bazarda POCO F7 subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 subflaqman smartfonunu təqdim edib. POCO-nun bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    xiaomi-mix-flip-2-nin-xarici-gorunusu-resmi-sekilde-sergilenib
    Cihazlar+

    Xiaomi MIX Flip 2-nin xarici görünüşü rəsmi şəkildə sərgilənib

    Xiaomi şirkəti 26 iyun tarixində MIX Flip 2 smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət sözügedən yeni qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyib.