Logo
    main-post-cover

    Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    16.04.2025
    Emil
         Honor şirkəti keçən ilin dekabr ayının ortasında Honor GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor GT Pro smartfonunu təqdim etməyə hazırlaşır. Belə ki, Honor bu yeni smartfonun təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdiş edilmiş posterə əsasən Honor GT Pro smartfonu 23 aprel tarixində Çində təqdim ediləcək. Bununla yanaşı posterdə smartfonun arxa paneli də əks olunub. Görmək olar ki, Honor GT Pro-nun arxa panel dizaynı adi Honor GT-nin arxa panel dizaynından fərqlənəcək və bu fərqlilik məhz kamera sahəsini əhatə edəcək. Lakin adi Honor GT kimi Honor GT Pro da yastı gövdə dizaynını əldə edəcək. Fotolara əsasən yeni smartfon özündə dördlü arxa kameranı birləşdirəcək. Honor GT Pro-nun texniki imkanları barəsində məlumat olmasa da, gözləntilərə əsasən o, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər
    8000-mah-liq-batareyaya-sahib-honor-power-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    8000 mAh-lıq batareyaya sahib Honor Power smartfonu təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti olduqca böyük həcmli batareyası ilə seçilən yeni smartfonunu təqdim edib. Söhbət, Honor Power-dən gedir. Honor-un sözügedən yeni smartfonu böyük həcmli batareya ilə yanaşı böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib.
    qlobal-bazarda-orta-budceli-honor-400-lite-smartfonu-teqdim-olunub
    Cihazlar+

    Qlobal bazarda orta büdcəli Honor 400 Lite smartfonu təqdim olunub

    Honor şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor 400 Lite-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    honor-400-ve-honor-400-pro-nun-bezi-texniki-imkanlari-aciqlanib
    Cihazlar+

    Honor 400 və Honor 400 Pro-nun bəzi texniki imkanları açıqlanıb

    Honor bu il ərzində Honor 400 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellər arasında adi Honor 400 ilə yanaşı üstəlik Honor 400 Pro da olacaq.
    honor-kompakt-olculu-smartfon-uzerinde-calisir
    Cihazlar+

    Honor kompakt ölçülü smartfon üzərində çalışır

    İnsayderlərin son məlumatlarına əsasən Honor şirkəti kompakt ölçülü smartfon üzərində çalışır və hazırlanan bu smartfon Honor Magic 7 Mini adını əldə edəcək.
    honor-magic7-pro-azerbaycanda-satisa-cixir-qiymeti
    Cihazlar+

    HONOR Magic7 Pro Azərbaycanda satışa çıxır - Qiyməti

    HONOR nəhayət ki, 2025-ci il üçün yeni flaqman smartfonunu təqdim etdi və HONOR Magic7 Pro artıq Azərbaycan bazarında da satışa çıxıb. Bu model süni intellekt dəstəyi ilə AI Phone adlandırılır və HONOR-un ən qabaqcıl texnologiyalarını özündə birləşdirir. Cihaz premium dizaynı, yüksək performansı və innovativ kamera sistemləri ilə diqqət çəkir.