Logo
    main-post-cover

    Büdcəıli Honor Play10 c smartfonu təqdim olunub

    Cihazlar+
    08.09.2025
    Emil
         Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play10 c-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Honor Play10 c smartfonu 1600x720 piksel keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP52 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahibdir. Bununla yanaşı smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon MediaTek Helio G81 prosessoru vasitəsilə çalışır və 3/4 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Play10 c özündə 13 MP-lik arxa kamera ilə 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play10 c Android Go vasitəsilə çalışır. Smartfonun nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.
    Paylaş
    Bənzər xəbərlər
    budceli-honor-play-70m-plus-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Büdcəli Honor Play 70m Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti orta büdcəli Honor Play 70m Plus smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan daha böyük həcmli batareyanı əldə edib.
    qatlana-bilen-honor-magic-v5-in-qlobal-versiyasi-teqdim-olunub-video
    Cihazlar+

    Qatlana bilən Honor Magic V5-in qlobal versiyası təqdim olunub (VİDEO)

    Honor şirkəti keçən ay Çində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim edib. Qlobal versiya texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir.
    budceli-honor-x7d-smartfonu-teqdim-edilib
    Cihazlar+

    Büdcəli Honor X7d smartfonu təqdim edilib

    Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Yeni smartfon Honor X7d adlanır. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    qatlana-bilen-qapaqli-honor-magic-v-flip-2-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonunu təqdim edib. Sözügedən yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2868x1232 piksel keyfiyyətli 6.82 düym ölçülü daxili LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1200х1092 piksel keyfiyyətli 4 düym ölçülü xarici LTPO OLED ekranla təchiz olunub.
    honor-magic-v5-in-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Cihazlar+

    Honor Magic V5-in qlobal versiyasının təqdimatı anons edilib

    Honor şirkəti keçən ay Çində qatlana bilən Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfonun qlobal versiyasının təqdimatını anons edib.