
ASUS ROG Phone 8 Ultimate gaming smartfonunun vacib özəlliklərindən biri məlum olub
Cihazlar+
15.11.2023
Emil
ASUS şirkəti gələn il ROG Phone 8 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də ROG Phone 8 Ultimate olacaq. Məlum olub ki, ROG Phone 8 Ultimate modeli Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağı məlum olub. Beləliklə məlumata əsasən ROG Phone 8 Ultimate smartfonu 65 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan ROG Phone 7 Ultimate modeli də 65 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Qeyd etmək lazımdır ki, smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
