
AnTuTu oktyabr ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib
Cihazlar+
03.11.2023
Emil
AnTuTu bençmarkı oktyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan ikisi Snapdragon 8 Gen 3 prosessoru, yerdə qalanları isə Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışırlar. Beləliklə oktyabr ayı üzrə ən güclü flaqman Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Xiaomi 14, Xiaomi 14 Pro, OnePlus Ace 2 Pro, iQOO 11S və iQOO 11 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Vivo X90 Pro+, realme GT5 240W, OPPO Find X6 Pro, OnePlus 11 və nubia Red Magic 8 Pro.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
