Logo
    main-post-cover

    Adi iPhone 17-nin mümkün prosessor modeli açıqlanıb

    Cihazlar+
    16.07.2025
    Emil
         iPhone 17 ilə bağlı yeni texniki xüsusiyyətlərə dair şayiələr yayılıb. Apple bu smartfonu artıq bu payızda təqdim etməlidir. GF Securities analitiki Jeff Pu öz proqnozlarını yeniləyib və indi iddia edir ki, cihazda A18 yox, daha müasir Apple A19 prosessoru olacaq. Bu prosessor həmçinin iPhone 17 Air modelində də quraşdırılacaq. Əvvəllər güman edilirdi ki, Apple yeni modeldə iPhone 16-da istifadə olunan A18 prosessorunu saxlayacaq. Lakin yeni A19 prosessoru daha yüksək məhsuldarlıq və enerji səmərəliliyi vəd edir ki, bu da xüsusilə mürəkkəb tətbiqlər, oyunlar və süni zəka ilə işləyərkən önəmlidir. iPhone 17-nin baza modeli və iPhone 17 Air LPDDR5 standartlı 8 GB RAM ilə təchiz ediləcək.
         Daha güclü versiyalar olacaq iPhone 17 Pro Pro Max isə daha böyük və daha sürətli - LPDDR5X standartlı 12 GB RAM-a malik olacaqlar. Daha bir vacib yenilik o olacaq, Apple özünün istehsal etdiyi Wi-Fi 7 çipindən istifadə edəcək. Bu texnologiya daha sürətli və stabil naqilsiz bağlantı təmin edəcək ki, bu da xüsusilə streaming, oyunlar və bulud servisləri ilə işləmək üçün böyük üstünlük sayılır. iPhone 17-nin baza modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym ölçülü OLED ekranla təchiz ediləcək. Lakin Pro modellərdən fərqli olaraq bu ekran LTPO (ProMotion) texnologiyasını dəstəkləməyəcək - bu texnologiya ekranın yenilənmə tezliyini dinamik şəkildə dəyişməyə və beləliklə batareya enerjisinə qənaət etməyə imkan verir.
    Paylaş
    Bənzər xəbərlər
    iphone-17-seriyasinin-potensial-teqdimat-tarixi-aciqlanib
    Cihazlar+

    iPhone 17 seriyasının potensial təqdimat tarixi açıqlanıb

    İnternetdə yeni iPhone modelləri ilə bağlı o qədər çox məlumat yayılıb ki, yalnız bir sual cavabsız qalıb: Apple illik təqdimatını nə vaxt keçirəcək?
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Tech-Biznes

    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

    Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
    investorlar-apple-dan-suni-zeka-sahesinde-ciddi-addimlar-atmagi-teleb-edirler
    Tech-Biznes

    İnvestorlar Apple-dan süni zəka sahəsində ciddi addımlar atmağı tələb edirlər

    Apple-ın səhmləri ilin əvvəlindən bəri 16% ucuzlaşıb və şirkətin bazar dəyəri 640 milyard dollardan çox azalıb. Bu geriləmənin əsas səbəblərindən biri şirkətin süni zəka sahəsində rəqiblərdən geri qalmasıdır.
    mac-pro-2013-apple-in-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Cihazlar+

    Mac Pro (2013) Apple-ın köhnəlmiş cihazlar siyahısına daxil edilib

    Apple şirkəti köhnəlmiş və tamamilə istifadədən çıxmış cihazların siyahısını yeniləyib. Bu dəfə köhnə cihazlar siyahısına daxil edilmiş ən diqqətçəkən model 2013-cü ildə buraxılmış silindrik formalı Mac Pro olub.
    apple-insan-saglamliginin-veziyyetini-92-lik-deqiqlikle-teyin-eden-suni-zeka-modeli-yaradib
    Süni İntellekt

    Apple insan sağlamlığının vəziyyətini 92%-lik dəqiqliklə təyin edən süni zəka modeli yaradıb

    Apple-ın dəstəyi ilə aparılan yeni bir araşdırma göstərir ki, istifadəçi davranışına dair məlumatlar (hərəkət, yuxu, fiziki məşqlər və s.) sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ənənəvi biometriya göstəricilərindən - məsələn, ürək döyüntüsü tezliyi və ya qanda oksigen səviyyəsi kimi - daha dəqiq ola bilər.