Logo
    main-post-cover

    Gamerlərin məlumatlarını və kriptovalyutanı oğurlayan Webrat adlı proqram təminatı aşkar edilib

    Təhlükəsizlik
    27.05.2025
    Emil
         Solar şirkətlər qrupuna daxil olan Solar 4RAYS kibertəhlükə mərkəzinin mütəxəssisləri Webrat adlandırılan yeni zərərli proqram təminatını aşkar ediblər. Solar-ın mətbuat xidmətinin məlumatına görə, bu zərərli proqram təminatı gamerlərin məlumatlarını oğurlamaq məqsədilə istifadə olunur və oyunlara aid çit-kodlar adı altında yayılır. Məlumatda qeyd olunur ki, Webrat qurbanı masaüstü ekranı və ya veb kamera vasitəsilə izləyir, Steam, Discord Telegram hesablarının məlumatlarını, eləcə də brauzerlərdə və kriptovalyuta portmanatlarında saxlanılan informasiyanı oğurlayır.
         Bundan əlavə, bu zərərli proqram təminatı istifadəçi interfeysi vasitəsilə qurbanın kompüterinə nəzarət edə bilir, bloklayıcı proqramlar və kriptovalyutaların əldə olunması üçün istifadə olunan mayner proqramlarını yükləyə bilər. Webrat zərərli proqram təminatı Counter-Strike, Rust Roblox kimi oyunlar üçün çit-kodlar adı altında yayılır. Kibercinayətkarlar bu zərərli proqram təminatını başqa tətbiqlər kimi maskalayır və həmçinin YouTube şərhləri vasitəsilə də yayımlayırlar.
         Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zərərli proqram təminatının qurbanı yalnız gamerlər deyil, eyni zamanda pirat proqram təminatını yükləyən şirkət əməkdaşları da ola bilərlər. Webrat ilk dəfə 2025-ci ilin əvvəlində ortaya çıxıb və mütəxəssislər onu darknetdə apardıqları araşdırma zamanı aşkar ediblər. Hazırda bu zərərli proqram təminatı qapalı kanallar vasitəsilə satışa çıxarılıb. Webrat-ın qurbanına çevrilməmək üçün istifadəçilərə antivirus proqram təminatından istifadə etmək və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləmək tövsiyə olunur.
    Paylaş
    Bənzər xəbərlər
    apple-google-microsoft-ve-diger-servislerin-180-milyon-istifadecisinin-melumatlari-internetde-yerlesibmis
    Təhlükəsizlik

    Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş

    Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler açıq şəkildə əlçatan olan bir məlumat bazası aşkarlayıb. Bu bazada Apple, Google, Facebook, Microsoft, Discord və digər xidmətlərə aid 184 milyondan çox istifadəçi adı və şifrə mövcuddur.
    zererli-chrome-elaveleri-milyonlarla-istifadecinin-melumatlarini-ogurlayiblar
    Təhlükəsizlik

    Zərərli Chrome əlavələri milyonlarla istifadəçinin məlumatlarını oğurlayıblar

    Chrome brauzeri üçün zərərli əlavələrin (extensions) yayılması ilə bağlı genişmiqyaslı kampaniya barədə məlumat ortaya çıxıb. DomainTools Intelligence (DTI)-nin məlumatına görə, naməlum haker qrupu 2024-cü ilin fevralından etibarən 100-dən çox saxta sayt və brauzer əlavəsi yaradıb.
    indiyene-kimi-musahide-edilmis-en-boyuk-ddos-hucumun-qarsisi-alinib
    Təhlükəsizlik

    İndiyənə kimi müşahidə edilmiş ən böyük DDoS hücumun qarşısı alınıb

    Curator şirkəti (əvvəllər Qrator Labs) bu günə qədər müşahidə olunmuş ən böyük DDoS botnet hücumunu uğurla neytrallaşdırdığını bildirib.
    coinbase-kriptovalyuta-birjasinin-istifadecilerinin-melumatlari-ogurlanib
    Təhlükəsizlik

    Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb

    ABŞ-ın kriptovalyuta birjası Coinbase ciddi problemlərlə üzləşib. Bu, platformanın bəzi müştərilərinə aid məlumatların sızdığı böyük miqyaslı kibertəhlükə barədə məlumatların üzə çıxmasından sonra baş verib.
    steam-istifadecilerinin-melumatlarinin-sizdirilmasi-melumati-resmi-sekilde-tekzib-edilib
    Təhlükəsizlik

    Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib

    Valve şirkəti özünə məxsus olan Steam platformasının 89 milyon istifadəçisinin hesabına aid məlumatların sızması ilə bağlı son xəbərləri rəsmi açıqlama ilə şərh edib. Xatırladaq ki, bu barədə xəbər dünən ortaya çıxdı.