Logo
    main-post-cover

    Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər

    Təhlükəsizlik
    28.07.2025
    Emil
         Süni intellekt sistemlərinin yaradıcıları onların qeyri-qanuni məqsədlərlə istifadəsi məsələsindən narahatdırlar və OpenAI-ın rəhbəri Sam Altman da istisna deyil. ABŞ Federal Ehtiyat Sisteminin sədr müavini Michelle Bowman ilə söhbəti zamanı o bildirib ki, yaxın zamanda yalnız səsin deyil, istənilən insanın görüntüsünün də yüksək keyfiyyətli saxta versiyaları ilə üzləşəcəyik və bunlar qanunsuz məqsədlərlə istifadə oluna bilər. Altman bu məsələyə nümunə kimi bank müştərilərinin səs və kodlu ifadə ilə autentifikasiyasını göstərir. Əgər həmin kod məlumdursa, cinayətkarlar süni intellekt sistemlərindən istifadə edərək asanlıqla bir şəxsin səsini təqlid edə və onun xəbəri olmadan bank əməliyyatlarını - məsələn, pul köçürmələrini - həyata keçirə bilərlər.
         “İnsanlar tərəfindən istifadə edilən autentifikasiya metodlarının hamısını süni intellekt artıq mənimsəyib - yalnız şifrələr istisnadır. Hazırda bu, səsli zənglə ola bilər, lakin yaxın zamanda video və videozəng də olacaq və bunları həqiqətdən fərqləndirmək mümkün olmayacaq” - deyə Sam Altman bildirib. Səsin saxtalaşdırılması uzun müddətdir ki, dələduzlar tərəfindən qurbanları aldatmaq üçün istifadə olunur, süni intellekt isə sadəcə olaraq onlara bu işi daha asan və effektiv şəkildə həyata keçirməyə imkan verən bir alət təqdim edir və bu alət demək olar ki, hər kəs üçün əlçatandır.
         Tədricən videozəng sahəsi də mənimsənilir - burada istənilən obraz təqlid olunur, lakin söhbətin məzmunu dəyişdirilir. Belə cinayətlərin qurbanlarına artıq tanınmış şəxslər, o cümlədən siyasətçilər və məmurlar da daxildir. OpenAI bu cür sui-istifadələrin qarşısını almaq üçün kifayət qədər iş görmür, baxmayaraq ki, daha etibarlı biometrik autentifikasiya üsulları hazırlamağa çalışır. Hər halda, Altman əmindir ki, tezliklə saxta şəxsiyyətlərin kütləvi şəkildə yaradılmasına imkan verən proqram vasitələri dələduzların əlinə keçəcək.
    Paylaş
    Bənzər xəbərlər
    z-nesli-melumat-axtarisinda-daha-cox-suni-intellektden-istifade-edir
    Süni İntellekt

    Z nəsli məlumat axtarışında daha çox süni intellektdən istifadə edir

    İstehlakçılar getdikcə daha çox süni intellekt əsaslı çat-botlarından onlayn axtarış üçün istifadə edirlər və bu da ənənəvi olaraq axtarış sistemləri vasitəsilə yönləndirilən trafikin azalmasına səbəb olur.
    gpt-5-suni-zeka-modeli-artiq-gelen-ay-teqdim-oluna-biler
    Süni İntellekt

    GPT-5 süni zəka modeli artıq gələn ay təqdim oluna bilər

    İnternet ictimaiyyətində OpenAI şirkətinin yeni GPT-5 süni intellekt modelinin tezliklə istifadəyə veriləcəyi ilə bağlı müzakirələr güclənir. Bildirilir ki, bu yenilik artıq gələn ay təqdim oluna bilər.
    sam-altman-oz-saglamligini-suni-zekaya-etibar-etmeye-hazir-olmadigini-bildirib
    Süni İntellekt

    Sam Altman öz sağlamlığını süni zəkaya etibar etməyə hazır olmadığını bildirib

    Süni intellekt texnologiyalarının insan fəaliyyətinin bütün sahələrinə getdikcə daha fəal şəkildə tətbiqi fonunda neyron şəbəkələrin kütləvi işsizliyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.
    google-deepmind-qedim-metnlerin-berpasi-ucun-aeneas-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Google DeepMind qədim mətnlərin bərpası üçün Aeneas süni zəka modelini təqdim edib

    Google DeepMind komandası yeni generativ süni intellekt modeli - Aeneas-ı təqdim edib. Bu, tarixçilər və arxeoloqlar üçün imkanları baxımından heyrətamiz bir alətdir. 100 minlərlə latın mətnləri əsasında öyrədilmiş Aeneas təkcə aşkar edilmiş yazıların itmiş hissələrini bərpa etməklə kifayətlənmir - o həm də həmin mətnlərin tarixini, mənşəyini və təxmini tarixini müəyyən edə bilir.
    microsoft-sharepoint-serverlerine-kiberhucum-2025-ci-ilin-en-boyuyu-ola-biler
    Təhlükəsizlik

    Microsoft Sharepoint serverlərinə kiberhücum 2025-ci ilin ən böyüyü ola bilər

    Çinlə əlaqəli olduğu güman edilən hakerlər Microsoft SharePoint platformasındakı bir boşluqdan istifadə edərək dünya üzrə təxminən 400 hökumət qurumu, korporasiya və digər təşkilatların sistemlərinə giriş əldə ediblər.